You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Twitter istifadəçisindən ingilis millət vəkilinə düzəliş: "Düz otur!"
İngiltərə parlamentində "razılaşdırılmamış Brexit"-in qarşısını alacaq qanunların qəbul edilməsi müzakirə edilərkən Mühafizəkarlar Partiyasının Brexit tərəftarı üzvü, İcmalar Palatasının lideri Jacob Rees-Mogg-un parlamentdə "sərilərək oturması" digər millət vəkillərinin etirazına səbəb olub.
Rees-Mogg parlamenti "ələ salmaqda və hörmətsizlikdə" ittiham olunub.
Əsas müxalifətdəki İşçi Partiyasının millət vəkili Anna Turley bu barədə "Təkəbbür, hüquq, hörmətsizlik və parlamentimizə qarşı hörmətsizliyin fiziki təcəssümü" deyə tvit atıb.
Parlamentdə müzakirələr aparıldığı vaxt Rees-Mogg-a müraciət edən Yaşıllar Partiyasının millət vəkili Caroline Lucas da bu davranışın "təhqiredici" olduğunu deyib:
"Bu gecə danışılanlar çox maraqsızdır kimi davranaraq İcmalar Palatasının lideri üç nəfərlik divana sərilərək uzanıb", - o söyləyib.
Rees-Mogg-un bu münasibəti Twitter-də də tənqidlərin hədəfi olub. Bəzi Twitter istifadəçiləri bu oturuşun "hörmətsiz" olduğunu söyləyərək "Düz otur! Sən İcmalar Palatasının lideri kimi davranmalısan. Plajlardakı qabaq cərgələrdəki şezlonqlarda oturmursan, bir az hörmət göstər" deyib.