Twitter istifadəçisindən ingilis millət vəkilinə düzəliş: "Düz otur!"

Jacob Rees-Mogg müzakirələrə gülərək cavab verib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Jacob Rees-Mogg müzakirələrə gülərək cavab verib

İngiltərə parlamentində "razılaşdırılmamış Brexit"-in qarşısını alacaq qanunların qəbul edilməsi müzakirə edilərkən Mühafizəkarlar Partiyasının Brexit tərəftarı üzvü, İcmalar Palatasının lideri Jacob Rees-Mogg-un parlamentdə "sərilərək oturması" digər millət vəkillərinin etirazına səbəb olub.

Rees-Mogg parlamenti "ələ salmaqda və hörmətsizlikdə" ittiham olunub.

Əsas müxalifətdəki İşçi Partiyasının millət vəkili Anna Turley bu barədə "Təkəbbür, hüquq, hörmətsizlik və parlamentimizə qarşı hörmətsizliyin fiziki təcəssümü" deyə tvit atıb.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Parlamentdə müzakirələr aparıldığı vaxt Rees-Mogg-a müraciət edən Yaşıllar Partiyasının millət vəkili Caroline Lucas da bu davranışın "təhqiredici" olduğunu deyib:

"Bu gecə danışılanlar çox maraqsızdır kimi davranaraq İcmalar Palatasının lideri üç nəfərlik divana sərilərək uzanıb", - o söyləyib.

Jacob Rees-Mogg müzakirələrə gülərək cavab verib.

Şəklin mənbəyi, PA Media

Rees-Mogg-un bu münasibəti Twitter-də də tənqidlərin hədəfi olub. Bəzi Twitter istifadəçiləri bu oturuşun "hörmətsiz" olduğunu söyləyərək "Düz otur! Sən İcmalar Palatasının lideri kimi davranmalısan. Plajlardakı qabaq cərgələrdəki şezlonqlarda oturmursan, bir az hörmət göstər" deyib.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Rees-Mogg müzakirələri dinləyərkən gözü bağlı uzanıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rees-Mogg müzakirələri dinləyərkən gözü bağlı uzanıb.