You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Həsən Ruhani Donald Trump ilə görüşməyi rədd edib
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trump ilə görüşməyi rədd edib.
Cənab Ruhani deyib ki, ancaq ABŞ sanksiyaları ləğv edəcəyi təqdirdə Trump ilə görüşə bilər.
"Bunsuz bu qıfıl açılmayacaq", - o bildirib.
Cənab Trump bundan əvvəl demişdi ki, o, doğru şərtlər altında cənab Ruhani ilə görüşməyə hazırdır.
Bu sözlər İranın xarici işlər nazirinin bazar ertəsi Fransada G7 görüşünə elan edilməmiş gəlişi və çıxışından sonra deyilib.
İran və ABŞ arasındakı münasibətlər Washingtonun keçən il İranın nüvə fəaliyyətini məhdudlaşdıran 2015-ci il razılaşmasından çıxmasından sonra pisləşib.
Lakin bazar ertəsi cənab Trump deyib ki, onun İranla yeni nüvə razılaşması perspektivi haqda "yaxşı hisləri" var.
"İran mən iki il yarım əvvəl vəzifəyə gəldiyim vaxtkı ölkə deyil", - o, G7 sammitində Fransa prezidenti Emmanuel Macronla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Mən həqiqətən İranın möhtəşəm millət ola biləcəyini düşünürəm... amma onlar nüvə silahına malik ola bilməzlər", - Trump əlavə edib ki, onun görüşə razılıq verməsindən öncə onlar" yaxşı oyunçu" olmalıdırlar.
Bazar ertəsi cənab Ruhani söyləmişdi ki, o, İrana faydalı ola biləcəyini düşündüyü hər kəslə görüşməyə hazırdır.