İnsanın Ayda ilk addımları: Apollo-11 missiyası - şəkillər

Armstrong

Şəklin mənbəyi, NASA

Düz 50 il bundan əvvəl, 1969-cu ilin iyulun 20-dəilk insan Ayın səthinə qədəm qoydu. Həmin şəxs amerikalı astronavt Neil Armstrong idi.

16 iyul 1969-cu ildə Aya doğru istiqamətlənən Apollo-11 kosmik gəmisi iyulun 24-də Yerə qayıdıb. Bu günlər ərzində gəminin üç nəfərdən ibarət uçuş heyəti çox gözəl və o vaxtadək görünməmiş fotoşəkillər çəkib.

Aya uçuş missiyasının atmosferini sərgiləyən məşhur görüntülər barədə Amy Charles və Victor Dos Santos-un materialında bəhs olunur.

16 iyul 1969-cü il.

Armstrong

Şəklin mənbəyi, NASA

Neil Armstrong (ön planda) öz ekipajı ilə birlikdə Apollo kosmik gəmisini göyə qaldıracaq Saturn-5 daşıyıcı raketə doğru gedir.

Apollo-11

Şəklin mənbəyi, NASA

Yerli vaxtla səhər saat 09:32-də missiya yola düşür. Göyə qalxmaqdan yarım saat əvvəl Armstrong deyir ki, uçuş heyəti - Edwin (Buzz) Aldrin və Michael Collins - özünü çox yaxşı hiss edir: "Bu, çox xoş bir səhərdir!"

Collins

Şəklin mənbəyi, NASA

Uçuşun startından bir saat keçmiş Armstrong əlində kamera tutan Michael Collins-in şəklini çəkir.

17iyul 1969-cü il.

Yer

Şəklin mənbəyi, NASA

Astronavtlar arxada qalan doğma planetin şəklini çəkirlər. Bu Apollo proqramının ən məşhur görüntülərindən biri sayılır.

18iyul 1969-cü il.

Aldrin

Şəklin mənbəyi, NASA

Astronavtları Aya çatdıracaq Eagle kosmik modulunun göyərtəsində olan Edwin (Buzz) Aldrin günəş eynəklərini kombinezonun qol cibinə qoyur.

19 iyul 1969-cu il.

Ayın Yerdən görünməyən tərəfi

Şəklin mənbəyi, NASA

Apollo-11 Yerin təbii peykinin orbitinə daxil olur və ekipaj Ayın Yerdən görünməyən səthini çəkməyə başlayır. Məhz bu zaman kraterlərlə dağları görən Michael Collins "İlahi, onlar necə də nəhəngdir!" deyir.

20iyul 1969-cu il.

Ayda ayaqqabı izi

Şəklin mənbəyi, NASA

Startdan 102 saat və 45 dəqiqə keçmiş Columbia kosmik aparatından ayrılan Eagle modulu Ayın səthinə enir. Armstrong ilə Aldrin modulu tərk edərək bayıra çıxırlar. Aldrin-in bu ayaq izi onların çəkdiyi ilk şəkillərdən biri olur.

Bayraq yanında duran Armstrong

Şəklin mənbəyi, NASA

Armstrong və Aldrin Ayın səthində ABŞ bayrağını qururlar və Aldrin ona hərbi salam verir.

Armstrong-un şlemdə əksi

Şəklin mənbəyi, NASA

Aldrin-in şleminin üzərində onun fotoşəkilini çəkən Armstrong-u da görmək olur. Bu qoşa portret Apollo missiyası ilə bağlı ən çox dərc olunan görüntü sayılır.

Armstrong

Şəklin mənbəyi, NASA

Təxminən iki saat yarım çəkən gəzintindən sonra astronavtlar yenidən modula qayıdırlar.

Armstrong hər şeyin rahat keçməsindən çox razı qaldığını deyir.

21iyul 1969-cu il.

Eagle modulu

Şəklin mənbəyi, NASA

Armstrong və Aldrin Ayın səthində olarkən Collins Columbia aparatını idarə edib.

Bu fotoşəkildə Columbia aparatına yaxınlaşan Eagle modulunu görmək olar.

Ay

Şəklin mənbəyi, NASA

Yerə qayıtmaq vaxtı gəlib çatır. Heyət Ayın bir neçə fotoşəklini çəkir.

22iyul 1969-cu il.

Yer

Şəklin mənbəyi, NASA

Yer getdikcə yaxınlaşır.

Bu məsafədən tam mənzərəni görmək çətin olsa da, Cənubi Amerikanın konturu artıq aydın nəzərə çarpır.

23iyul 1969-cu il.

Yer

Şəklin mənbəyi, NASA

Yolun yarısını qət edən kosmik gəmidən çəkilmiş fotoşəkil Böyük Səhranın gözəlliyini sərgiləyir.

24iyul 1969-cu il.

Yer

Şəklin mənbəyi, NASA

Yer artıq o dərəcədə böyükdür ki, obyektiv görüntünü tam əhatə edə bilmir. Bu gün, eniş günüdür.

Armstrong

Şəklin mənbəyi, NASA

Kosmik gəminin enişi başa çatır! Columbia Sakit okean sularında dalğalanır.