ABŞ İran raket sistemlərinə qarşı kiberhücum keçirib, Amerika məbuatı bildirib

Şəklin mənbəyi, EPA
ABŞ mediasının bildirdiyinə görə, ötən cümə axşamı günü ABŞ tərəfindən İranın silah sistemlərini idarə edən kompüter şəbəkəsinə kiberhücum edilib.
ABŞ bu addımı Hörmüz boğazında İran tərəfindən ABŞ dronunun vurulmasına cavab olaraq atıb, Washington Post yazıb.
Washington Post-un qeyd etdiyi kimi, bu kiberhücum nəticəsində İranın raket qurğularını idarə edən kompüter sistemləri sıradan çıxarılıb.
New York Times da yazıb ki, ABŞ İrana qarşı bu kiberhücümü Hörmüz boğazında neft tankerlərinə edilmiş hücumlara və ABŞ dronun məhv edilməsinə cavab olaraq keçirib.
İran sistemlərinə bu hücumla zərər yetirildiyi faktı müstəqil mənbələrdən hələlik təsdiqini tapmayıb.
ABŞ mənbələrinə görə, bu hücumlara hazırlıq bir neçə həftə bundan əvvəl başlayıb.
Onların hədəfi İslam İnqlabı Müfahizəçiləri Korpusunun istifadə etdiyi raket batareyaları olub.
Güman olunduğna görə, ötən cümə axşamı günü ABŞ dronu məhz onların atəşiylə vurulub.
Şənbə günü ABŞ Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, İran ABŞ-a qarşı öz kiberhücumlarını fəallaşdırır.
ABŞ kiber təhllükəsizlik agentlyinin direktoru Christopher Krebs bəyan edib ki, İran kəşfiyyatı kibermüharibənin müxtəlif üsullarından istifadə edir və ABŞ-ın kompüter şəbəkələrini nəzarət altına almaq üçün cəhdlər göstərir.





