Huawei direktorunun həbsi: Çin Kanadadan Meng Wanzhou-nu azad etməyi tələb edir

Çin Kanadada həbs olunmuş Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou-nun azadlığa buraxılmasını tələb edib, əks-halda Kanada bunun nəticələrilə üzləşəcək, rəsmi Pekin xəbərdarlıq edib.

Çin Xarici İşlər nazirinin müavini Le Yucheng Kanada səfirini nazirliyiə dəvət edərək ona "kəskin etiraz" bildirib.

Çin XİN-i Meng Wanzhou-nun həbsini "olduqca iyrənc" hərəkət adlandırıb.

Huawei şirkətinin maliyyə direktoru və şirkət təsisçisinin qızı olan 46 yaşlı Meng Wanzhou İrana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham olunur.

Meng Wanzhou dekabrın 1-də Kanadadın Vancouver şəhərində həbs olunub və indi ABŞ-a ekstradisiya oluna bilər.

ABŞ məhkəməsi Huawei maliyyə direktorunu təqsirkar sayarsa, ona 30 illik həbs cəzası kəsilə bilər.

Cümə günü Meng Wanzhou-nun saxlanhması məsələsinə Kanada məhkəməsində baxılıb, onun zaminə buraxılıb-buraxılmaması barədə qəraın çıxarılması bazar ertəsi gününüədək təxirə salınıb.