Huawei direktorunun həbsi: Çin Kanadadan Meng Wanzhou-nu azad etməyi tələb edir

46 yaşlı Meng Wanzhouis Huawei şirkətinin maliyyə direktoru və şirkət təsisçisinin qızıdır.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 46 yaşlı Meng Wanzhouis Huawei şirkətinin maliyyə direktoru və şirkət təsisçisinin qızıdır.

Çin Kanadada həbs olunmuş Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou-nun azadlığa buraxılmasını tələb edib, əks-halda Kanada bunun nəticələrilə üzləşəcək, rəsmi Pekin xəbərdarlıq edib.

Çin Xarici İşlər nazirinin müavini Le Yucheng Kanada səfirini nazirliyiə dəvət edərək ona "kəskin etiraz" bildirib.

Çin XİN-i Meng Wanzhou-nun həbsini "olduqca iyrənc" hərəkət adlandırıb.

Huawei şirkətinin maliyyə direktoru və şirkət təsisçisinin qızı olan 46 yaşlı Meng Wanzhou İrana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham olunur.

Meng Wanzhou dekabrın 1-də Kanadadın Vancouver şəhərində həbs olunub və indi ABŞ-a ekstradisiya oluna bilər.

ABŞ məhkəməsi Huawei maliyyə direktorunu təqsirkar sayarsa, ona 30 illik həbs cəzası kəsilə bilər.

Cümə günü Meng Wanzhou-nun saxlanhması məsələsinə Kanada məhkəməsində baxılıb, onun zaminə buraxılıb-buraxılmaması barədə qəraın çıxarılması bazar ertəsi gününüədək təxirə salınıb.