BBC-nin 100 Qadın 2018 layihəsi: Siyahıda kimlərdir?

BBC-nin 100 Qadın layihəsi 2018-ci il üçün dünya boyu 100 ən ilhamverici və nüfuzlu qadının siyahısını açıqlayıb.
Layihə, 60-dan çox ölkədən olan 15-94 yaşlı qadınları əhatə edir: onların arasında liderlər, novatorlar, hər günün öz qəhramanı var.
Onlardan bəziləri bizə Azadlıq Zibil Qutusuna (Freedom Trash Can) nələri atacaqlarından danışacaqlar - bu zibil qutumuz qadınlara maneə yaradan bütün növ əngəllər üçün nəzərdə tutulub.
Digərləri bizə bütün çətinliklərə baxmayaraq qazandıqları nailiyyətlərdən danışacaqlar - həbsxanada keçirdiyi vaxtını ilhamverici biznes qurmağa sərf edən Britaniyadakı qadından tutmuş az qala oğlana dəyişdirilmə həddində olmuş əfqanıstanlı qıza qədər.
BBC-nin 2018-ci il üçün 100 Qadın layihəsi çərçivəsində seçilmiş qadınların siyahısı əlifba ardıcıllığı və onların yaşı, peşəsi, ölkəsi və tərcümeyi-halı ilə aşağıdadır:

1) Abisoye Ajayi-Akinfolarin, 33 - Sosial təsir sahəsində sahibkar, Nigeriya.
Abisoye GirlsCoding adlı QHT-nin təsisçisidir, qızları vebsayt qurmağı və proqramlaşdırmağı öyrədir.
2) Esraa al-Shafei, 32 - Qeyri-kommersiya Majal.org qrupunun icraçı direktoru, Bəhreyn.
Esraa, Yaxın Şərqdə və Şimali Afrikada səsləri az eşidilənlərə öz sözlərini deməyə imkan verən rəqəmsal platformalar təsis edib.
3) Svetlana Alekseyeva, 18 - Model, Rusiya.
Svetlana onun bədənin az qala yarısını yandıran yanğından sağ çıxıb və hazırda bədənlərində çapıqlar olan insanlarla, onların öz bədənlərinə pozitiv yanaşması istiqamətində işləyir.
4) Lizt Alfonso, 51 - direktor və Director və xoreoqraf, Kuba.
Lizt beynəlxalq miqyasda məşhurlaşmış fyujn rəqs şirkəti təsis edib, həmin şirkət dünyanın yüzlərlə şəhərində çıxış edib.
5) Nimco Ali, 35 - Yazıçı və fəal, Somaliland.
Nimco mükafata layiq görülmüş qadın sünnəti əleyhinə fəaldır.
6) Isabel Allende, 76 - Kitab müəllifi, Peru.
Peruda Çilidən olan valideynlərin ailəsində doğulmuş Isabel-in yazdığı kitablar əsasən ispan dilində oxunur. Ümumilikdə isə onun 42 dildə nəşr olunmuş 70 milyondan çox kitabı satılıb.
7) Buşra Yəhya Əlmutavakil, 49 - Rəssam, fotoqraf və fəal, Yəmən.
Buşra Yəmənin ilk peşəkar qadın fotoqrafçısıdır, onun işləri Britaniya Muzeyində sərgilənib.
8) Alina Anisimova, 19 - Tələbə proqramçı, Qırğızıstan.
Alina Qırğızıstanda Qızlar Kosmik Məktəbinə rəhbərlik edir - onların məqsədi ölkənin ilk peykini kosmosa göndərməkdir.
9) Frances Arnold, 62 - Kimya, bilogiya və bio-kimya mühəndisliyi üzrə professor, ABŞ.
Frances 2018-ci ilin kimya üzrə Nobel mükafatçısıdır, onun enzimlərə dair aldığı nəticələr laboratoriyalar və qabaqcıl tibbi tədqiqatlardan tutmuş yuyucu tozlara qədər geniş sahədə tətbiq edilir
10) Uma Devi Badi, 54 - Deputat, Nepal.
Uma Badi icmasının təmsilçisidir, bu icma Nepalda cəmiyyətin ən aşağı təbəqəsində dayanan bir təbəqə sayılır - Uma bu vəziyyəti dəyişməyə çalışır.
11) Judith Balcazar, 65 - Təqaüdə çıxmış moda dizayneri, Britaniya.
Judith bir neçə moda şirkətlərinə rəhbərlik etdikdən sonra Giggle Knickers şirkətini təsisi edib. Bu şirkət enurezdən əziyyət çəkən qadınlar üçün xüsusi alt paltarı hazırlayır.
12) Cindy Arlette Contreras Bautista, 28 - Hüquqşünas, Peru.
Arlette Peruda sevgilisinin ona hücum etdiyini əks etdirən videonu sosial mediada dərc etdikdən sonra məişət zorakılığına qarşı yaradılmış NiUnaMenos (Hər Bir [qadın]) hərəkatının tanınan simasına çevrilib.
13) Leyla Belyalova, 61 - Universitet müəlliməsi, Özbəkistan.
Leyla universitetdə mühazirə oxuyur və Özbəkistanın dağ ekosistemi və quşlarının mühafizəsi sahəsində çalışır.
14) Analia Bortz, 51 - Həkim, rahibə və bioetik, Argentina.
Analia həyatını sonsuzluqdan əziyyət çəkən qadınların müalicə üsullarına həsr edib.
15) Fealofani Bruun, 35 - Yaxta ustası, Samoa.
Fealofani yaxta ustası olan ilk Samoa və Sakit Okean hövzəsi regionundan olan qadındır.
16) Ranin Buxari, 31 - Sosial media meneceri və kuratoru, Səudiyyə Ərəbistanı.
Ranin kurator və məsləhətçidir, eyni zamanda, ailəsinin dizayn biznesində də çalışır.
17) Joy Buolamwini, 28 - Süni intellekt üzrə mütəxəssis/tədqiqatçı, Kanada.
Joy kodlaşdırma sahəsinin peşakarıdır, süni intellektin sosial sferaya təsiri sahəsində tədqiqatlar aparır.
18) Barbara Burton, 62 - BehindBras şirkətinin direktoru, Britaniya.
Barbara BehindBras şirkətini həbsxanada cəza çəkdiyi müddətdə, 50 yaşlarında təsis edib. Bu şirkət həbsxanadan çıxan qadınlara moda sahəsində karyera qurmağa imkan verir.
19) Tamara Çeremnova, 62 - Yazıçı, Russia.
Tamaranın serebral iflici var, o, nağıllar yazır və "Sibir nağılbazı" adı ilə tanınır.
20) Chelsea Clinton, 38 - Clinton fondunun vitse-prezidenti, ABŞ.
Chelsea bir sıra kitabların müəllifidir və vitse-prezidenti olduğu Clinton fondunda yeni liderlər nəslinin yetişdirilməsi də daxil, bir çox təşəbbüslər üzərində işləyir.

21) Stacey Cunningham, 44 - Prezident, New York Birjası, ABŞ.
Stacey New York Birjasının 67-ci prezidentidir, o, bu birjanın 226 illik tarixində prezident olan ilk qadındır.
22) Jenny Davidson, 50 - Direktor, Stand Up Placer, ABŞ
Jenny məişət zorakılığı, seksual təcavüz və insan traffikinqi qurbanlarına kömək edir, onları sığınacaqla təmin edir.
23) Asha de Vos, 39 - Dəniz biologiyası üzrə mütəxəssis, Şri Lanka.
Asha dəniz biomüxtəlifliyinin qorunması sahəsində çalışır.
24) Gabriella Di Laccio, 44 - Soprano və təsisçi, DONNE: Qadınlar Musiqidə, Braziliya.
Gabriella beynəlxalq mükafatlar qazanmış soprano ifaçısı və qadın bəstəkarları birləşdirən layihənin təsisçisidir.
25) Xiomara Diaz, 34 - Sahibkar, restoran sahibi və xeyriyyə təşkilatının təsisçisi, Nikaraqua.
Xiomara biznes əlaqələrindən istifadə edərək cinsi istismar hallarını aşkar edir və Nikaraquada bu məsələ barədə maarifləndirmə işini aparır.
26) Noma Dumezweni, 49 - Aktyor, eSwatini (keçmiş Svazilend).
Noma London və New York teatrlarında Harry Potter əsərinin böyüklər üçün səhnələşdirilmiş versiyasında Hermione Granger obrazını yaradan ilk qadındır.
27) Chidera Eggerue, 23 - Bloqçu"Slumflower", Britaniya.
Chidera bestseller kitabların müəllifi və #saggyboobsmatter həştəqli sosial təşəbbüs və hərəkatın təsisçisidir. Bu təşəbbüs çərçivəsində qadın bədəninə fərqli baxış mövzusunda söhbət və diskussiyalar aparılır.
28) Shruk Əl-Attar, 26 - Elektronika dizaynı mühəndisi, Misir.
Shruk qaçqındır və mühəndis kimi işləyir. O, göbək rəqsi vasitəsilə Misirdə LGBT icmasına həsr olunmuş maarifçiliklə məşğuldur.
29) Nicole Evans, 44 - Onlayn satış sisteminin əməkdaşı, Britaniya.
Nicole 30 yaşında olarkən onda yumurtalığın vaxtından əvvəl tükənməsi çatışmazlığı aşkar olunub. Hazırda erkən menopauzaya məruz qalan qadınlara dəstək vermək işilə məşğuldur.
30) Rağda Ezzeldin, 26 - Dalğıc, Misir.
Rağda rekordçu qadın dalğıcdır. O, nəfəsalma avadanlıqdan istifadə etmədən rekord dərinliklərə çatıb.
31) Mitra Farazandeh, 42 - Rəssam, İran.
Mitra fiziki məhdudiyyətlə yaşamağın nə olduğu barədə danışan rəssamdır.
32) Mamitu Gashe, 72 - Böyük tibb bacısı/fistula cərrahı, Efiopiya.
Mamitu, lisenziyası beynəlxalq səviyyədə tanınan fistula cərrahıdır. Cərrah olmaqdan əvvəl, o, özü fistuladan müalicə olunmuşdu (fistula yarası qadınlarda doğuş zamanı əmələ gələ bilər)
33) Mina Gayen, 36 - Sahibkar, Hindistan.
Mina başqa qadınlarla birgə Sundarbans deltasında kəndlərində kərpiclə döşənmiş yol çəkilişi ilə məşğuldur.
34) G.E.M., 27 - Müğənni-bəstəkar, Çin.
G.E.M. - populyar qadın musiqiçidir, öz populyarlığından faydalanaraq səylərini musiqi, təhsil və yoxsulluqla mübarizə sahəsində çalışan xeriyyə qurumları və təşkilatlarının dəstəklənməsinə yönəldir.
35) Fabiola Gianotti, 58 - Elementar hissəciklər üzrə mütəxəssis, fizik, İtaliya.
Fabiola 2016-cı ildən Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) direktorudur.
36) Julia Gillard, 57 - Avstraliyanın keçmiş Baş naziri, Birləşmiş Krallıq.
Julia Avstraliyanın Baş naziri olub, indi isə qadın və qızlar üçün liderlik və təhsil sahəsində maarifçiliklə məşğuldur.
37) Elena Gorolova, 49 - Sosial sahə işçisi, Çex Respublikası.
Elena məcburi axtalaşdırılmaya qarşı kampaniya aparır və uşaq evlərinə verilmiş uşaqların ailələrinə qaytarılması sahəsində işləyir.
38) Randi Heesoo Griffin, 30 - Olimpiya Oyunlarında çıxış etmiş qadın hokkeyçi, tətbiqi riyaziyyat səhəsinin mütəxəssisi, ABŞ.
Randi buzüstü hokkeydə qadınların kişilərlə bərabər pulla mükafatlandırılması təşəbbüsünün tənqidçilərinə qadın hokkeyinin kişi hokkeyi qədər populyar olduğunu sosial media məlumat bazasına əsaslanaraq sübut etdirib. 2018-ci il Olimpiadasında o, Vahid Koreya komandası tərkibində ilk qolu vuran oyunçu olub.
39) Janet Harbick, 33 - Altruist kimi surroqat analıq edən qadın və günəş vannası qəbulu üzrə məsləhətçi, Kanada.
Janet işləyir, onun beş uşağı var, eyni zamanda altruistlik əsasda surroqat ana vəzifəsini də yerinə yetirib. Belə ki, hazırda bətnində surroqat körpə ilə ikinci dəfədir ki, surroqat hamiləlik dövrünü yaşayır.
40) Jessica Hayes, 41 - Müəllimə, ABŞ.
Jessica dini əqidəsinə görə, öz aləmində özünü İsa Məsihin gəlini sayaraq, bakirə taleyini yaşamağı özünə ömür yolu seçib. Jessica ilahiyyət ali məktəbində dərs deyir və peşəkar məsləhətçi kimi fəaliyyət göstərir.

41) Thando Hopa, 29 - Model, hüquqşünas, fəal, Cənubi Afrika.
Thando müxtəliflik və inklüzivlik təbliğatçısıdır. 2018-ci il üçün Pirelli təqviminə daxil edilib. O, bu təqvimə daxil edilən ilk qeyri-ağdərili Cənubi Afrika təmsilçisidir.
42) Hindu Umaru Ibrahim, 35 - Ətraf mühit müdafiəsi fəalı, qadınların və aborigen xalqların hüquqlarının müdafiəçisi, Çad.
Hindu Çadın aborigen əhalisini təmsil edən qadındır, o, ətraf mühitin qorunması və aborigen əhalinin hüquqlarının müdafiəsilə beynəlxalq miqyasda məşğul olur.
43) Reyhan Camalova, 16 - Məktəbli, 9-cu sinif şagirdi və sahibkar, Azərbaycan.
Reyhan gənc sahibkardır, yağış suyundan enerji hasil edən Rainenergy şirkətinin təsisçisi və direktorudur.
44) Jameela Jamil, 32 - Aktrisa, yazıçı, fəal, aparıcı, Britaniya.
Jameela hazırda NBC telekanalının The Good Place komediya teleserialında rol ifa edir. O, @i_Weigh sosial media platformasını təsis edərək, izləyiciləri nədən qürur duyduqları barədə postları ilə paylaşmağa çağırıb.
45) Liz Johnson, 32 - Paralimpiyaçı və sahibkar, Britaniya.
Liz üzgüçüdür, Pekin Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, əlillər arasında işsizlik problemini aradan qaldırmaq üçün işəgötürmə agentliyi təsis edib.
46) Lao Khang, 26 - Reqbiçi və məşqçi, Laos.
Lao-nun liderliyi reqbi üzrə qadınlardan ibarət Laos milli yığmasının beynəlxalq səviyyədə qələbələrini təmin edib. O, reqbi üzrə məşqçi lisenziyasını qazanmış Hmong etnik qrupundan olan ilk qadındır.
47) Joey Mead King, 44 - Model, Filippin.
Joey Asiya boyu model və aparıcı kimi işləyir. O və onun transgender partnyoru Angelina Mead King cütlük kimi səhayət etdikləri səfərlərini əks etdirən sənədli filmdə çəkliblər.
48) Krişna Kumari, 40 - Siyasətçi, Pakistan.
Bundan əvvəl icbari üç illik əməyə məcbur edilmiş Krişna sonradan Pakistan Senatına seçilib və qadınların hüquqlarının müdafiəsilə məşğul olur.
49) Marie Laguerre, 22 - İnşaatçı-mühəndis və memarlıq sahəsinin tələbəsi, Fransa.
Marie-nin küçədə onu təhqir edən şəxsi ifşa edən videosu sosial şəbəkələrdə sürətlə populyarlaşdıqdan sonra o, küçə təhqirlərindən söhbət açan, əhvalatlar barədə paylaşan platforma təsis edib.
50) Veasna Chea Leth, 44 - Hüquqşünas, Kamboca.
Veasna Kaboca Hüquq və İqtisadiyyat Kral Universitetində hüquqşünaslıq üzrə təhsil alan ilk qadın olub və qadınlar üçün tələbə yataqxanasının imkanları məhdud olduğundan, oxuduğu kollecin zirzəmisində yaşayıb.
51) Ana Graciela Sagastume Lopez, 38 - Prokuror, Salvador.
Ana 2016-cı ildə Salvadorda qadınların qətlilə bağlı işləri araşdıran bölmənin rəhbəri təyin edilib və həmin ilin əvvəlində ölkənin qadınların işləri və qadınların qətlilə bağlı işlər üzrə əlaqələndirici təyin edilib.
52) Maria Corina Machado, 51 - Siyasi lider, Venesuela.
Maria Venesuelada demokratik proseslərin qorunması məqsədilə aparılan kampaniyanın təşkilatçısıdır.
53) Nanaia Mahuta, 48 - Maori inkişafı üzrə nazir, Yeni Zelandiya.
Nanaia Yeni Zealandiya parlamentində 22 il xidmət edib və üzünə Maori tatusu çəkən ilk qadın parlament üzvü olub.
54) Sakdiyah Maruf, 36 - Səhnədə çıxış edən komediyaçı, İndoneziya.
Sakdiyah İndoneziyada, səhnədə çıxış edən ilk qadın komediya artistidir, komediya janrından istifadə edərək İslam ekstremizmi və qadınlara qarşı zorakılıq mövzularına dair məsələlərlə auditoriyasının diqqətini cəlb edir.
55) Lisa McGee, 38 - Yazıçı, Britaniya.
Lisa Şimali İrlandiyadan olan yazıçıdır, Britaniyanın Channel 4 telekanalında 2004-cü ildən ən çox baxılan Derry Girls komediya serialının ssenarisinin müəllifidir.
56) Kirsty McGurrell, 30 - Xeyriyyə əlaqələndiricisi, Britaniya.
Kirsty, 4Louis adlı xeyriyyə təşkilatı təsis edib. Həmin xeyriyyə təşkilatı övladlarını itirmiş valideynlər üçün xatirə qutuları hazırlayır. Kirsty bu xeyriyyə təşkilatını onun öz oğlu Louis ölü doğulandan sonra yaradıb.
57) Becki Meakin, 52 - Baş direktor, Shaping Out Lives, UK.
Becki-nin əlilliyi var. O, məişət zorakılığına məruz qalan əlillərə qeyri-bərabər yanaşma hallarını araşdırır və belə adamlara yardım göstərən xidmətlərə işlərində daha həssas olmağı və daha geniş təbəqələrı əhatə etməyi məsləhət görür.
58) Ruth Medufia, 27 - Metallurq, Qana.
Ruth qaynaqcıdır və inşaat sahəsində işləyən gənc qadınlar üçün örnək rolu oynamağa çalışır.
59) Larisa Mikhaltsova, 66 - Model və musiqi müəlliməsi, Ukrayna.
Larisa akkordeon üzrə musiqi müəlliməsidir və 63 yaşında ilk dəfə model olub.
60) Amina J Mohammed, 57 - Baş Katibin müavini, BMT, Nigeriya.
Amina Nigeriyanın ətraf mühit üzrə keçmiş naziridir və bundan əvvəl BMT Baş Katibi Ban Ki-moon-un xüsusi müşaviri olub.

61) Yanar Məhəmməd, 58 - Prezident, İraq Qadınları Azadlığı Təşkilatı (OWFI), İraq.
Yanar İraqda zorakılığa məruz qalan qadınlara yardım göstərir, onları sığınacaqla təmin edir. Yanar artıq 800 qadına kömək edib.
62) Joseline Esteffania Velasquez Morales, 26 - Tələbə və QHT əlaqələndiricisi, Qvatemala.
Joseline gənc qadınları və qızları seks və cinsi əlaqələrlə bağlı marifləndirməyə kömək edir, məcburi nikahların qarşısını almağa çalışır.
63) Robin Morgan, 77 - Yazıçı və fəal, ABŞ.
Robin 20 kitab müəllifidir, ABŞ-da qadın hərəkatının lideridir, The Sisterhood Is Global Institute və Women's Media Center təşkilatlarının təsisçisidir.
64) Nujeen Mustafa, 19 - Tələbə, Suriya.
Nujeen Suriyanı müharibəyə görə tərk edib. Öz əlil arabasında o minlərlə kilometr yol keçib. Hazırda qaçqınların və əlillərin hüquqlarının müdafiəsilə məşğuldur.
65) Dima Naşavi, 38 - Rəssam, Suriya.
Dima rəssam, kloun və vizual nağılbazdır, Suriyada baş verən əhvalatları nağıl formatına çevirib paylaşır.
66) Helena Ndume, 58 - Oftalmoloq, Namibiya.
Helena görmə qabiliyyətinin bərpası məqsədilə cərrahiyyə əməliyyatları keçirir: 35 min namibiyalı üçün pulsuz göz əməliyyatı keçirib. Onun xəstələri Helenanı "Namibiyanın möcüzəli doktoru" adlandırırlar.
67) Kelly O'Dwyer, 41 - Parlament üzvü, Avstraliya.
Kelly Avstraliya parlamentində əmək və sənaye münasibətləri və qadın məsələləri üzrə nazirdir və nazir vəzifəsində övlad doğan Avstraliya hökümətinin ilk qadın üzvüdür.
68) Yuki Okoda, 23 - Astronom, Japan.
Yuki fizika sahəsi üzrə təhsil alır, Günəş sisteminin yaranmasını izah edə bilən ulduzu ilk aşkar etmiş şəxsdir.
69) Olivette Otele, 48 - Tarix professoru, Bath Spa Universiteti, Kamerun.
Olivette tarixçidir, Avropanın müstəmləkəçilik tarixini və post-müstəmləkə mirasını öyrənir.
70) Claudia Sheinbaum Pardo, 56 - Mer, Mexico City, Meksika.
Claudia Mexico City-nin ilk qadın meri və Nobel mükafatına layiq görülmüş fizikdir.
71) Park Soo-yeon, 22 - Rəqəmsal kampaniya fəalı, Cənubi Koreya.
Soo-yeon rəqəmsal seksual cinayətlərin qarşısını almağa səy göstərən təşkilatın təsisçisidir.
72) Ophelia Pastrana, 36 - Komediyaçı və media məşhuru, Kolumbiya.
Ophelia fizik, iqtisadçı və komediyaçı və açıq transgender olan media məşhurudur.
73) Viji Penkoottu, 50 - Fəal, Hindistan.
Viji Kerala ştatında qadın həmkarlar ittifaqı təsis edib, satıcı qadınların hüquqlarını, o cümlədən onların iş vaxtında oturmaq haqqını müdafə edir, bu sahədə görülən səylərə rəhbərlik edir.
74) Brigitte Sossou Perenyi, 28 - Sənədli film prodüseri, Qana.
Brigitte mükafata layiq görülmüş sənədli film prodüseridir, o,Trokosi praktikası barədə sənədli film çəkib. Filmdə söhbət "günahı" olan ailələrin qızlarını rahiblərə qulluq etmək üçün kilsəyə göndərilməsi təcrübəsindən və qızların Toqodan Qanaya traffikinq edilməsindən gedir.
75) Vicky Phelan, 44 - Təhsil meneceri, İrlandiya.
Vicky İrlandiyada uşaqlıq ağzı xərcənginə dair yoxlamaların keçirilməsində baş vermiş qalmaqallı faktları açıqlayıb. Belə ki, Vicky aşkar edib ki, ona və yüzlərlə qadına keçirilmiş testlərin nəticələri barədə səhv məlumatlar verilib.
76) Rahibi Soma Popere, 55 - Fermer və Toxum Bankının təsisçisi, Hindistan.
Rahibi Hindistanın qərbində kənd təsərrüfatının dəstək verən, yerli bitkilərin toxumlarının qorunub saxlanmasını qarşısına məqsəd qoyan hərəkatın təsisçisidir.
77) Valentina Quintero, 64 - Jurnalist, Venesuela.
Valentina özünü ölkə sakinlərini Venesuelanın hər bir güşəsilə tanış etməyə həsr edib, o, turizm və ətraf mühitin qorunması mövzularında televiziya proqramlarınınm aparıcısı və müəllifidir.
78) Sam Ross, 30 - Yeməkxana işçisi, Britaniya
Sam Glasgow şəhər kollecinin yeməkxanasında 10 ildir ki, işləyir, səyahətlər edir və Down sindromu olan insanları təmsil edir.
79) Fatma Samoura, 56 - Baş katib, FIFA, Seneqal.
Fatma FİFA-da baş katib vəzifəsini tutan ilk qadın və ilk Afrika nümayəndəsidir.
80) Juliet Sargeant, 53 - Bağ dizayneri, Tanzaniya.
Juliet bağ dizayneri olmaqdan əvvəl həkim olub, onun məqsədi "məkanı göründüyü qədər rahat yerə çevirməkdir".

81) Sima Sarkar, 44 - Ana, Banqladeş.
Sima 18 yaşlı əlil olğunu müayinəyə aparmalı idi, onun bu zaman çəkilmiş fotosu sosial mediada geniş paylaşılıb.
82) Şaparak Şəcərizadə, 43 - Fəal, İran.
İranda qadınlar üçün hicab geyiminə dair sərt qaydlara qarşı etirazını bildirmək üçün Şaparak ictimai yerdə baş örtüyünü çıxarıb. Şaparak indi mühacirətdə yaşayır, ona qarşı İranda 20 illik həbs cəzası hökmü çıxarılıb.
83) Haven Shepherd, 15 - Tələbə və üzgüçü, Vyetnam.
Haven-in Paralimpiya Oyunlarında çıxış edəcəyinə ümidlər var. O, valideynlərinin törətdiyi intiharçı bomba partlayışında sağ qalıb.
84) Nenney Şuşaidah Binti Şamsuddin, 42 - Hakim, Malayziya.
Nenney məhkəmədə müsəlman qadınların müdafiəsi uğrunda mübarizə aparır və Şəriət qanunlarına mənfi münasibəti dəyişmək istəyir.
85) Həyat Sindi, [yaş açıqlanmayıb] - İslam İnkişaf Bankı prezidentinin Baş elmi müşaviri, Səudiyyə Ərəbistanı.
Həyat dünyanın aparıcı biotexnoloqlarından biridir, Unesco-nun elm sahəsində xoşməramlı səfiridir, i2 Institute adlı ixtira və fantaziya institutunun təsisçisidir.
86) Jacqueline Straub, 28 - İlahiyyatçıl, jurnalist və yazıçı, Almaniya.
Jacqueline Katolik rahibi olmağı arzu edir və Vatikanın "görünməz şüşə divarlarını" qırmaq şüarı altında kampaniya aparır.
87) Donna Strickland, 59 - Fizika professoru, Kanada.
Donna Kanadada Waterloo universitetinin fizika professorudur, 2018-ci ildə fizikada elmi nailiyyətlərinə görə Nobel mükafatına layiq görülüb.
88) Kanpassorn Suriyasangpetch, 30 - Stomatoloq/texnologiya sahəsində sahibkar, Tailand.
Kanpassorn Tailandda insanların psixoloji sağlamlığı ilə bağlı ilk mobil telefon tətbiqinin yaradıcısıdır. Əvvəllər o, özü də həyatında psixiloji problemlərlə qarşılaşıb.
89) Setsuko Takamizawa, 90 - Təqaüdçü, Yaponiya.
Setsuko Tokio şəhərində 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarında turistlərə kömək etmək üçün ingilis dilini öyrənir.
90) Nərgiz Taraki, 21 - Hüquq məsləhətçisi, GHT, Əfqanıstan.
Nərgiz ailələrində doğulan sayca beçinci qız uşağı idi və az qala oğlana dəyişdiriləcəkdi; lakin sonradan onun valideynləri onun təhsil almasına şərait yaratdılar və hazırda Nərgiz qadınların haqlarının müdafəsi kampaniyasını aparır.
91) Ellen Tejle, 34 - Direktor, Fanzingo media evi, İsveç.
Ellen dünya boyu aparılan "A-rate" kampaniyasının təşəbbüskarıdır. Kampaniyanın məqsədi qadınların filmlərdə təmsil olunması barədə məlumat toplayıb yaymaqdır.
92) Helen Taylor Thompson, 94 - Keçmiş casus və xeyriyyə təşkilatı təsisçisi, Britaniya.
Helen Baş nazir Winston Churchill-in "gizli ordusunun" üzvü olub, II Dünya Müharibəsi dövründə casuslara kodlaşdırılmış mesajlar göndərib. O, eləcə də Avropada QİÇS xəstələrinə yaratdığı xeyriyyə təşkilatı xəttilə yardım göstərilən ilk sığınacaq təsis edib.
93) Bola Tinubu, 51 - Hüquqşünas, Nigeriya.
Bola Nigariyada uşaqlara kömək göstərmək üçün nəzərdə tutulan ilk pulsuz qaynar xətt təsis edib.
94) Errollyn Wallen, 60 - Bəstəkar, Beliz.
Errollyn bəstəkar və ifaçıdır, 17 operanın müəllifidir, klassik musiqi sahəsində İvor Novello mükafatına layiq görülüb.
95) SəfiyəVəzir, 27 - İcma fəalı, Əfqanıstan.
Səfiyə ABŞ-ın New Hampshire ştatına 16 yaşı olanda gəlib, 2018-ci ilin ara seçkilərində New Hampshire-də ştat təmsilçisi seçilən ilk əfqanıstanlı qaçqındlır.
96) Gladys West, 88 - Riyaziyyatçı, USA.
Gladys keçmiş müəllimə və riyaziyyatçıdır. Bu yaxınlarda onun GPS sisteminin inkişafında həlledici rol oynadığı etiraf edilib.
97) Luo Yang, 34 - Fotoqrafçı, Çin.
Luo özünün "Qızlar" adlı foto silsiləsi üçün 207-ci ildən başlayaraq gənc Çin qızlarının foto portretlərini çəkir.
98) Maral Yazarloo-Pattrick, 37 - Moda dizayneri və motosikletçi, İran.
Maral dünyanı öz motosikletilə gəzir və bununla İranda qadınların motosiklet sürməsinə qoyulmuş qadağaya öz münasibətini bildirir.
99) Tashi Zangmo, 55 - Direktor, Butan Rahibələri Fondu, Butan.
Tashi Butanın ən ucqar yerlərindən birində anadan olub və boya-başa çatıb. Ali təhsili Hindistanda və ABŞ-da alıb, hazırda isə Butan Rahibələri Fonduna rəhbərlik edir.
100) Jing Zhao, 35 - Sahibkar, Çin.
Jing qadınlara bədənlərini və seksual istəklərini öyrənmək və müzakirə etmək məqsədilə onlayn şəbəkə təsis edib, qadınların seksdən ləzzət almasını təmin edən intim məhsulları reklam edir.
Fotoların müəllflik hüquq: BBC, Michelle Frankfurter, Amanda Desiree Brown, Christopher Lane, Deji Akinpelu, Monica Stromdahl, Fergal Philips, Water and Grace Photography, Samara Fox, Christian Beutler, Joshua Paul, Kings College London, Lori Barra, United Nations, Bath Spa University, Abdullah Alshehri, Micky Wiswedel, Dima Nashawi, Mitra Farazandeh, University of Waterloo, Isabell Hojman, Bryce Vickmark, Brigitte Sossou Perenyi, Mamitu Gashe, Gypsy Westwood, David Dittmar, Maria Scard, Caltech, Anatole Klapouch, Azzurra Primavera, Lily Martin, Sakdiyah Ma'ruf, YIEDIE Project, Kola Oshalusi, Padam Bist, Rachell Smith, Getty Images, Channel 4, Celine Nieszawer, Elena Gorolova, Anoulek Douangdala, Hector Garrido, Muktha Deedi Chand, Mu Mu, Shutterstock, Sela Shiloni, Nevada Halbert, Anna Bertram, Salma Khalil and Terre Indigene, Tashi Zangmo, Meli Wetzel, Nicole Laxton, Yvonne Venegas, GoJoven Guatemala, Macepena,Today's Catholic/Joe Romie, Leylya Belyalova, Krishna Kumari, Michaela Tornaritis, Shaira Luna, Chelsea Clinton, Zhang Chao, Tutul Nesar, @Diego Maeso, @Brizzle Boiz






