Aktrisa Keira Knightley psixi pozğunluq keçirdiyini açıqlayıb

Keira Knightley

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Keira Knightley yeni filmi Colette-i təqdim edir

Keira Knightley etiraf edib ki, 22 yaşında məşhurluğu onda psixi problemlərə gətirib çıxarıb.

Aktrisa bildirib ki, Pirates of the CaribbeanLove Actuallyfilmlərindən sonra bir il fasilə götürməli olub.

Uğurlarına baxmayaraq, tənqidlərin onda "fərsiz" olduğu hissini yaradıb, Knightley deyib.

O deyib ki, evi tərk etməyə belə qorxurdu.

Keira Knightley-in məşhurluğu Bend it Like Beckham, Pirates of the CaribbeanLove Actuallyfilmlərindən sonra sürətlə artıb.

"Kənardan baxmaq çox rahatdır - uğur dalınca uğur! Lakin əslində isə eşitdiyin yeganə şey tənqid olurdu", o, Hollywood Reporter Awards Chatter müsahibəsində deyib.

Knightley bildirib ki, məşqlərdə iştirak edə bilməməsi onu bədbin olmağa sürükləyib.

"Sözün əsl mənasında özümü fərsiz hesab edirdim", aktrisa etiraf edib.

Bu hiss hətta 2005-ci ildə Pride and Prejudice filmindəki roluna görə Oscar mükafatı qazanmasından sonra da davam edib.

"Elə bil heç bu dünyada deyildim və elə bil insanlar əcaib görünüşümü müzakirə edirdilər. Mənsə heç nə anlamırdım", o əlavə edib.

Keira Knightley at Pirates of the Caribbean screening at Disneyland California in 2003

Şəklin mənbəyi, Getty Images