Bakıda leysan yağış yağıb - şəkillər

Bakı

Bakıda bazar günü yağan güclü leysan yağış şəhərdə nəqliyyatın vasitələrinin hərəkətini çətinləşdirib.

Yağışlı havaya görə Bakının Heydər Əliyev prospekti - Aeroport və Zığ dairəsi - Aeroport avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20km/saat səviyyəsinədək endirilib.

Bu barədə xəbər verən Bakı Nəqliyyat Agentliyi eləcə də qeyd edib ki, bir sıra küçə və prospektlərdə, xüsusən də Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq paytaxtın bəzi avtobuslarının hərəkət intervalında gecikmələrə səbəb olub.

Bakı

Bakı Nəqliyyat Agentliyi sürücülərdən "hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmalarını" xahiş edib..

Ölkə ərazisində leysan Yağışlar elektrik şəbəkələrində də fəsadlar yaradıb.

Bakı
Bakı
Bakı
Bakı
Bakı

Səhər saatlarında Bakının, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində qısa müddətli fasilə yaranıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, elektrik verilişi xətlərində "Azərişığ"ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb: "Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar".

Media xəbərlərinə əsasən, leysan yağışlar Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində də bəzi fəsadlara səbəb olub.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri xəbərdarlıq ediblər ki, qeyri-sabit hava şəraiti sentyabrın 24-ü gündüzədək davam edəcək,

"Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq", - məlumatda deyilib.