You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Erdoğanın Almaniyadakı qızıl heykəli götürülüb
Almaniyanın Visbaden şəhəri Türkiyə prezidenti Erdoğanın 4 metr hündürlükdə olan qızıl heykəlini yığışdırıb. Heykəlin üzərinə "Türk Hitleri" sözləri yazılıb.
Heykəl Visbaden şəhərində keçirilən incəsənət festivalı çərçivəsində quraşdırılmışdı.
Təşkilatçılar heykəlin bu ilin mövzusu - "pis xəbər"lə bağlı müzakirələrə səbəb olacağına ümid edirdilər.
Əvəzində isə o, cənab Erdoğanın müdafiəçiləri ilə tənqidçiləri arasında münaqişə yaradıb. Heykəli çərşənbə axşamı gününün gecəsi götürüblər.
Şəhər şürasının rəhbəri Oliver Franz Wiesbadener Kurier qəzetinə bildirib ki, qəzəbli sözlər daha sonradan fiziki çəkişmələrə gətirib çıxarıb.
"Şəhərdə təhlükəsizliyi təmin etmək üçün heykəlin götürülməsinə qərar verilib", şəhər hakimiyyəti tvitləyib.