You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Siyasətdə şimpanzelərdən öyrənməli 5 qayda
Dünyada siyasət aləmi ilə primatların yaşadığı aləm arasında inanılmaz bənzərliklər mövcuddur.
Professor James Tilley şimpanze qrupları arasında mübarizədən siyasət üçün müəyyən nəticələr çıxarıb.
1. Dostla yaxın olun, düşmənlə daha yaxın
Şimpanze siyasəti müxtəlif ittifaqlar şəbəkəsi qurmaqdan ibarətdir. Bu siyasətdən bəhrələnmək üçün dostlarla daha yaxın olmaq, düşmənləri isə dost kimi qəbul etməyə hazır olmaq lazımdır.
İttifaqların çoxunun əsasında dostluq yox, fayda durur.
2. İttifaq üçün güclünü yox, zəifi seçin
Şimpanze ittifaq quranda özündən güclü ilə yox, özünə bərabər olanı və ya özündən daha zəifi seçməyə üstünlük verir.
Bu isə başa düşüləndi - müttəfiqiniz daha zəif olanda, faydanın bölgüsü sizin üçün daha əlverişli keçir, nəinki müttəfiniz sizdən daha güclü olanda.
3. Qorxurlarsa - yaxşıdır, amma sevirlərsə - daha yaxşıdır
Şimpanze dəstələrində liderlər qorxulu ola bilir və dəstəni güc hesabına idarə edirlər, lakin onların belə tərzdə liderlik etmələri çox çəkmir.
Uğurlu lider olmaq üçün özünüzə və koalisiyanıza kütlə arasında dəstək qazanmaq lazımdır, bunun üçün isə həm həlim, həm də mətin olmaq lazımdır.
4. Bəyənilmək yaxşıdır, lakin hədiyyə verən daha yaxşıdır
Ən uzun müddət liderlik edən şimpanzelər yemi başqa şimpanzelərlə paylaşan primatlar olub. Bununla onlar digər şimpanzelərin dəstəyini qazanıblar.
BBC radioproqramlarından birində ovluq əti paylamaqla dəstəsinə 12 il liderlik edən şimpanzedən bəhs edilmişdi.
5. Xarici təhlükə dəstəyi gücləndirir (əgər dəstək gerçəkdirsə…)
Xarici təhlükə ilə üzləşəndə primatlar qrupu birləşir, aralarındakı nifaqı unudurlar.
Maraqlıdır ki, insan cəmiyyətində, 9/11 hadisəsi miqyasında nəsə gözlənilməz bir şey baş verməzsə, bu qaydanın işlədiyini təsdiqləyən tutarlı misal tapmaq asan iş deyil.