Şəkillər: Putin Avstriya XİN başçısının toyunda rəqs edib

53 yaşlı Avstriya XİN başçısı Karin Kneissl-in 65 yaşlı biznesmen Wolfgang Meilinger ilə toyu özünə diqqəti Rusiya prezidenti Vladimir Putinin bu tədbirdə iştirakı ilə çəkib.

Avstriya mətbuatının məlumatına görə, Putin toya gecikdiyindən mərasimin başlaması bir neçə dəqiqəliyə yubadılıb.

Karin Kneissl Avstriya XİN-ə qışdan bəri rəhbərlik edir.

O, Avropa ilə Rusiya arasında dialoq aparılmasının tərəfdarı kimi tanınıb.

Putin toyda bəy və gəlini təbrik edərək, gəlinlə rəqs də edib.