You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şəkillərdə: Avropada istilər
Avropada isti hava tüğyan edir. Növbəti günlərdə istilərin rekord həddə çatacağı proqnozlaşdırılır.
Avropada son isti hava rekordu 1977-ci ildə Afinada qeydə alınıb - 48C.
Şənbə günü İspaniya və Portuqaliyanın cənubunda havanı hərarətinin 47C çatacağı bildirilir.
Şəkillərdə quruyan gölləri, dayazlaşan çayları və insanların fəvvarələrdə və ya çimərliklərdə sərinləmətə çalışdığını görmək mümkündür.
İspaniya milli hava xidməti ən azı bazar gününə qədər havaların kəskin isti olacağı barədə xəbərdarlıq edib.
İspaniyanın Sevilya şəhərində qadın sərinləməyə çalışır.
Parisin Eiffel Qülləsi önündəki Trocadero fəvvarəsi.
İnsanlar həmçinin Fransanın Monpelye şəhərində ictimai fəvvarələrdə sərinləyirlər.
Monpelyedə temperaturun 33C çatacağı proqnozlaçdırılır.
Fransanın cənubunda yerləşən Nitsa şəhərində Aralıq dənizinə baş vuran insanlar.
Bəziləri isə günəşdən qorunmaq üçüm papaqlarını geyinib dənizə açılan mənzərəni izləyirlər.
Almaniyada Reyn çayı qismən quruyub.
Almaniyanın cənubunda Dunay çayının bəzi hissələri tamamən quruyub.
Almaniyanın Bekkum şəhəri yaxınlığında mənzərə.
Varşavada insanlar və heyvanları sərinləməyə çalışır.
Polşa paytaxtında insanların sərinləməsi üçün su paylanır.
İtaliya paytaxtı Romada Kolizeyi ziyarət edənlər sərinləmək üçün yelpiklərdən istifadə edirlər.
İtaliya Roma, Florensiya və Venesiya da daxil olmaqla bir çox şəhərlər üçün qırmızı xəbərdarlıq edib.
İtaliya Vətəndaş Müdafiəsi üzvləri su paylayırlar.
Romada fəvvarələr kimi, su maşınlarına da tələbat böyükdür.
.