You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İsrail əsgərini şillələyən qız azadlığa çıxıb
İşğal olunmuş Qərb Sahilində İsrail əsgərini şillələyən zaman videoya düşmüş fələstinli yeniyetmə qız 8 ay həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.
Əhed Təmiminin, Nəbi Saleh kəndindəki evinin qarşısında İsrail əsgərini şillələyib təpiklədiyini göstərən video sosial şəbəkələrdə geniş yayılaraq populyar olub.
Fələstinlilər üçün bu qız İsrail işğalına qarşı müqavimət hərəkatının rəmzinə çevrilib, lakin israillilərin çoxu onu məşhurlaşmaq istəyən araqarışdıran sayır.
17 yaşlı Əhed Təmimini doğma kəndində kütlə tərəfindən alqışlarla qarşılanıb.
"Müqavimət işğala son qoyulanadək davam edəcək", - o, izdiham qarşısında etdiyi çıxışında deyib.
Mətbuata danışan Əhed Təmimi bildirib ki, "hüquqşünaslıq sahəsində təhsil almaq və işğalı görə cavabdehlik məsələsini qaldırmaq" niyyətindədir.
Əhed Təmiminin azadlığa çıxmasından 1 gün əvvəl, Beytləhmi Qüdsdən (Yerusəlim) ayıran divarda 4 metr hündürlüyündə Əhedin portretini çəkdiklərinə görə iki italiyalı və bir fələstinli İsrail polisi tərəfindən həbs olunublar.
Israil sərhəd polisi bildirb ki, həbs olunanlar "Beytləhm ərazisində təhlükəsizlik divarına zərər vurmaqda və vandallıqda" şübhəli sayıldıqlarına görə həbs ediliblər.