G7 sammiti qarmaqarışıqlıq şəraitində sona çatıb - Trump yekun bəyanatı imzalamayıb

Canada's Prime Minister Justin Trudeau addresses the final news conference of the G7 summit in the Charlevoix city of La Malbaie, Quebec, Canada, on 9 June 2018.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kanadanın baş naziri sammitin sona çatdığını elan edir.

ABŞ prezidenti Donald Trump G7 sammitinin keçirilməsini təşkil edən Kanadanı tənqid edərək sammitin birgə bəyanatını imzalamaqdan imtina edib.

Donald Trump Kanadanın baş naziri Justin Trudeau-nu keçirdiyi mətbuat konfransında ABŞ-ı qaralamaqda ittiham edib.

Bu dəfəki G7 sammiti ticarət tarifləri məsələsi ətrafında yaranmış mübahisələrə görə anlaşımazlıq şəraitində keçib.

Baş nazir Justin Trudeau isə ABŞ-ın atdığı addımlara cavab olaraq iyulun 1-dən Kanada tərəfindən xarici ticarətdə yeni tariflərin yeridiləcəyini vəd edib.

"Təəssüf, amma biz iyulun 1-dən qətiyyətli addım atacağıq", - Justin Trudeau keçirdiyi mətbuat konfransında bildirib.

Kanadanın baş naziri Trudeau ABŞ prezidenti Donald Trump-ın xarici ticarətdə yeni tariflər yeritmək qərarını və bunu milli təhlükəsizlik maraqları ilə əsaslandırmasını "həqarət" adlandırıb.

Donald Trump (left) with Justin Trudeau in Quebec, Canada, 8 June

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Donald Trump və Justin Trudeau arasında Quebec-də cümə günü keçirilmiş görüş.