Şahzadə Harry və Meghan Markle-ın toyundan yaddaqalan anlar - şəkillərdə

Şahzadə Harry və Meghan Markle-ın nikah mərasimi şənbə günü Böyük Britaniyanın Windsor şəhərində keçirilib.

Meghan-ın atası Thomas səhhəti ilə bağlı olaraq toy mərasimində iştirak etmədiyi üçün gəlini şahzadə Charles müşayiət edib.

Meghan Markle-ın anası - Doria Ragland gəlin tərəfindən tədbirə qatılan yeganə ailə üzvü idi.

ABŞ TV ulduzu Oprah Winfrey, britaniyalı aktyor Idris Elba, musiqiçi Elton John, futbolçu David Beckham və həyat yoldaşı Victoria Beckham və digər məşhurlar mərasimə qatılanlar arasında idi.