Şahzadə Harry və Meghan Markle-ın toyundan yaddaqalan anlar - şəkillərdə

Şahzadə Harry və Meghan Markle-ın nikah mərasimi şənbə günü Böyük Britaniyanın Windsor şəhərində keçirilib.

Meghan-ın atası Thomas səhhəti ilə bağlı olaraq toy mərasimində iştirak etmədiyi üçün gəlini şahzadə Charles müşayiət edib.

Meghan Markle-ın anası - Doria Ragland gəlin tərəfindən tədbirə qatılan yeganə ailə üzvü idi.

ABŞ TV ulduzu Oprah Winfrey, britaniyalı aktyor Idris Elba, musiqiçi Elton John, futbolçu David Beckham və həyat yoldaşı Victoria Beckham və digər məşhurlar mərasimə qatılanlar arasında idi.

Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, Danny Lawson - WPA Pool/Getty Images

Şəklin alt yazısı, Meghan Markle öz toyu üçün seçdiyi donun dizaynı və hazırlanmasında yaxından iştirak edib. Givenchy evinin kreativ direktoru Clare Waight Keller tərəfindən hazırlanan ağ rəngli don, minimalist üslubda tikilib və nəzərə ilk çarpan onun uzun şleyfidir
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, John Sibley - WPA/Getty Images

Şəklin alt yazısı, Şənbə günü keçirilən nikah mərasimi vaxtı amerikalı gəlinin brilyant sırğasını da görmək olardı.
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, Danny Lawson - WPA Pool/Getty Images

Şəklin alt yazısı, Markle öz andiçmə nitqində "ərinin sözünə qulaq asmağa" söz verməyib
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, Danny Lawson - WPA Pool/Getty Images

Şəklin alt yazısı, Nikah mərasimi Windsor qəsrindəki Müqəddəs George kilsəsində keçirilib
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, Matt Cardy/Getty Images

Şəklin alt yazısı, Şahzadə Harry və Meghan Markle izdiham tərəfindən böyük sevinclə qarşılanıb
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, Gareth Fuller - WPA Pool/Getty Images

Şəklin alt yazısı, Mərasimə ən sonda gələnlərdən biri Böyük Britaniya Kraliçası II Elizabeth olub
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, JANE BARLOW/AFP/Getty Images

Şəklin alt yazısı, Şahzadə Harry və Megan Markle-ın toyu Britaniyada kral nikahları arasında sıra ilə ən sonuncusudur
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, GARETH FULLER/AFP/Getty Images

Şəklin alt yazısı, Şahzadə William, Catherine Middleton və oğulları
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, IAN WEST/AFP/Getty Images

Şəklin alt yazısı, Məşhur ABŞ TV ulduzu Oprah Winfrey toyun tanınmış qonaqları arasında görülürdü.
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, CHRIS RADBURN/AFP/Getty Images

Şəklin alt yazısı, Musiqiçi Elton John qonaqlar arasında idi.
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, West- WPA Pool/Getty Images

Şəklin alt yazısı, Futbolçu David Beckham və həyat yoldaşı Victoria Beckham
Şahzadə Harry və Markle-ın toyu

Şəklin mənbəyi, ANDREW MATTHEWS/AFP/Getty Images

Şəklin alt yazısı, Cütlüyü öz gözləri ilə görmək istəyənlər Windsor küçələrinə axışmışdı