Eurovision 2018 mahnı yarışmasında İsrail nümayəndəsi qalib gəlib

Евровидение

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Netta Barzilai Eurovision 2018 müsabiqəsinin əsas mükafatına layiq görülüb.

Portuqaliya paytaxtı Lissabonda ötən gecə başa çatmış Eurovision 2018 mahnı yarışmasının yekununda "Toy" adlı mahnını ifa etmiş 25 yaşlı İsrail təmsilçisi Netta Barzilai müsabiqənin qalibi elan olunub.

İkinci yeri Kipr nümayəndəsi Eleni Foureira, üçüncü yer isə Avstriya təmsilçisi Cesar Sampson tutublar.

Müsabiqənin əsas mükafatı olan büllur mikrofon uğrunda final mərhələsində 26 müğənni mübarizə aparıb.

10 ildir ki, müsabiqədə iştirak edən Azərbaycan bu il ilk dəfə olaraq final mərhələsinə keçə bilməyib.

Final mərhələsində Britaniya nümayəndəsi çıxış etdiyi zaman naməlum kişi səhnəyə gözlənilmədən soxularaq qadın müğənninin əlindən mikrofonu qapıb və üzünü zala tutaraq qışqırıb: "Britaniya mediasının nasistləri, biz azadlıq tələb edirik".

Həmin şəxs saxlandıqdan sonra Britaniya təmsilçisi ifasını davam etdirib.

Britaniya qəzetlərinin yazdığına görə, səhnəyə müdaxiə etmiş kişi bundan əvvəl National Television Awardsmükafatının təqdimetmə mərsimi və Voice mahnı müsabiqəsinin final şousunda da çıxışlara müdaxilə edərək onları pozmağa cəhd göstəribmiş.

Videonun alt yazısı, Naməlum kişi Eurovision 2018 finalında Britaniya təmsilçisinin əlindən mikrofonu qapıb götürür.