Heyvanat aləminin gizlinləri kameranın gözü ilə

Stills from Animals With Cameras
    • Müəllif, Steven McIntosh
    • Vəzifə, müxbir, BBC

BBC One televiziya kanalı Animals With Cameras (bədəninə kamera bərkidilmiş heyvanlar) adlı üç hissədən ibarət film silsiləsinin nümayişinə başlayır.

Alimlər (və tamaşaçılar) kamera bədəninə bərkidilmiş heyvanın hara getdiyini və nə etdiyini izləyə bilir.

Still from Animals With Cameras
Şəklin alt yazısı, Kimbang adlı şimpanze kamerasını çək-çevir edir.

Filmin prodüseri Dan Rees BBC-yə bildirib ki, avadanlığın çox kiçik ölçüdə olması tamaşaçı auditoriyasına indiyədək olmadığı, görmədiyi yerləri göstərməyə imkan verir.

O qeyd edir ki, bu zaman həmin vəhşi heyvanların həyat tərzinə müdaxilə minimuma endirilib.

Still from Animals With Cameras
Şəklin alt yazısı, Surikata radioötürücüsü olan xalta taxılıb. Bu xalta vasitəsilə alimlər surikatın hərəkətini və yerini təyin edə bilir.
Still from Animals With Cameras
Şəklin alt yazısı, Filmin ilk hissəsində surikat ailəsi göstərilir.

Bu cür proqramların çəkilişi zamanı bahalı avadanlığın sıradan çıxması, zədələnməsi riskini istisna etmək mümkün deyil.

"Bəli, belə bir risk var, - Dan Rees etiraf edir. - Hərdən, bəzi kameralar geri qayıtmır".

Guardian dog in southern France
Şəklin alt yazısı, Fransanın cənubundakı bu çoban itinə bərkidilmiş infra-qırmızı şüalı kamera gecələr itlərlə canavarların üz-üzə gəlməsi anlarını lentə almağa imkan verir.
Still from Animals With Cameras
Şəklin alt yazısı, Pinqvinlərin belinə bağlanmış kamera onları hətta suyun altında da güdməyə imkan verir.

Təbiətə həsr olunmuş sənədli filmlər bəzi məsələlərlə bağlı bəzən ictimai fikrə və hətta bəzən hökümətin mövgeyinə də təsir göstərir.

Misal üçün Blue Planet II (Göy Planet) filmi ətraf mühitin plastik tullantılarla çirklənməsi probleminə diqqəti hökümət səviyyəsinədək qaldırdı.

Presenter under water with a tow-cam
Şəklin alt yazısı, Aparıcı Gordon Buchanan sualtı kameranı dəniz əjdahası adlı balığın belinə bərkitmək üçün fürsət gözləyir.
A blue shark
Şəklin alt yazısı, Sualtı kamera suyun dibində hərəkət edən canlıların ( misal üçün. bu köpəkbalığının) belinə bağlanır. Kameranın özü isə sudan xeyli yüngül olan sintetik materiala bükülür. Nəticədəcədə, bağlandığı balıqdan qopandan sonra kamera suyun üzünə qalxır.

Rees ümid edir ki, Animals With Cameras filmi tamaşaçıların ətraf mühit barədə məlumatını zənginləşdirəcək.

"Ümid edirk ki, bu film insanları təbiətə, canlı aləmə qayğı ilə yanaşmağı öyrədəcək", - Rees deyir.

a captive cheetah at Harnas Wildlife Foundation, Namibia.
Şəklin alt yazısı, Pride adlı hepardın başına miniatür kamera bərkidilir; Namibia
A Eurasian brown bear, near Sarikamis, eastern Turkey
Şəklin alt yazısı, Türkiyənin şimalında, Sarıkamışda qonur Avrasiya ayısı.