ABŞ və Türkiyə: viza məhdudiyyətləri ləğv edildi

Şəklin mənbəyi, Getty Images
ABŞ və Türkiyə qarşılıqlı olaraq bütün viza məhdudiyyətlərini ləğv edib.
İlk olaraq ABŞ-ın Ankara Səfirliyi, Türkiyəyə tətbiq olunan bütün viza məhdudiyyətlərinin qaldırıldığını açıqlayıb.
Açıqlamada deyilir ki, "Türkiyə hökumətindən, Səfirlik və Konsulluqlarımızda yerli işçilərimizin, türk rəsmiləri ilə rabitə daxil olmaqla rəsmi vəzifələrini yerinə yetirdikləri üçün həbs olunmayacağı və ya saxlanmayacaqlarına dair yüksək səviyyədə təminat alınıb".

Şəklin mənbəyi, @USEmbassyTurkey
Türkiyənin Vaşinqtondakı Səfirliyi isə vizaya dair xəbəri təsdiqləsə də, belə cavab verib: "ABŞ-ın Türkiyədən təminat aldığını irəli sürərək Türkiyə və Amerika ictimaiyyətlərinə yanlış məlumat verməsini doğru hesab etmirik".
Səfirlik həmçinin əlavə edib ki, məhdudiyyətlərin müddəti "eyni zamanlı"dır.

Şəklin mənbəyi, Serdar Kılıçın Twitter hesabı
Oktyabrın 9-da Türkiyə və ABŞ viza xidmətlərinin bir qismini dayandırmaq barədə açıqlama yayılıb. Vaşinqtondakı Türkiyə səfirliyi ABŞ hökumətinin missiya və personalın təhlükəsizliyi ilə bağlı öhdəliyini "yenidən qiymətləndirməyin" gərəkli olduğunu söyləyib. Daha əvvəl ABŞ-ın Ankaradakı səfirliyi tərəfindən çox bənzər bir bəyanat verilib.
Bu, keçən ilin iyul ayında baş vermiş uğursuz hərbi çevrilişdə günahlandırılan din xadimilə əlaqədə şübhəli bilinən ABŞ-ın İstanbuldakı konsulluq işçisinin saxlanılmasından sonra baş verib.




