Putin təqvimini alan varmı?

Vladimir Putin with a hunting rifle, pictured in 2007. The image is the July page on the 2018 Putin calendar.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Təqvimin iyul ayına aid bölümünü Vladimir Putinin yarıçılpaq halda və əlində ov tüfəngi fotosu bəzəyir.
    • Müəllif, Alistair Coleman
    • Vəzifə, BBC Monitoring

İddia: Vladimir Putinin şəkilləri olan təqvim Britaniyada "isti kökə" kimi satılır.

Reality Check-in rəyi: Biz Britaniyada Putin təqvimi satılan heç bir dükana rast gələ bilmədik, internet vasitəsilə satışlar isə məhduddur.

Rusiyada bəzi xəbər agentlikləri iddia edir ki, Vladimir Putinin şəkilləri yerləşdirilmiş 2018-ci ilin təqvimi Britaniyada satışa çıxarıldıqdan sonra "cəmi bir neçə saat ərzində satılıb".

Rusiyanın İzvestia nəşri iddia edib ki, Vladimir Putin təqvimləri Britaniyada "gözlənilmədən populyarlıq" qazanıb .

"Təqvim artıq qalmayıb. Onların hamısı cəmi bir neçə saat ərzində satılıb", - qəzetdə bildirilib.

Kremlpərəst Riafan.ru nəşrində isə deyilir ki, təqvim "yerli sakinllər arasında böyük canlanmaya səbəb olub".

Vladimir Putin at a motorcycle rally in 2011

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Təqvimdəki şəkillər arasında Putinin "Gecə Qurdları" ilə birgə motosikletdə Novorossiyskdə festivala qatıldığı anı əks etdirən foto da var.

Moskvanın TV5 televiziya kanalı bildirib ki, təqvim "Böyük Britaniyada isti pirojki kimi satılır və alıcılar arasında dərhal populyarlıq qazanıb", lakin bildirib ki, yalnız onlayn yolla təqvimi alanlar onu bestseller adlanıdırıb.

Görəsən, britaniyalı alıcılar doğrudanmı ova çıxan, tüfəngdən atan və cudoçu kimi güləşən Rusiya liderinin şəkilləri ilə bəzədilmiş təqvimi almağa tələsir? Yoxsa bir rusiyalı bloqçunun dediyi kimi, bu, "saxta xəbərdir"?

Sirr deyil ki, Vladimir Putinin təqvimi ilə bağlı mövzu ötən ay Britaniya mediasında, misal üçün The Sun, Daily MirrorDaily Mail kimi nəşrlərdə işıqlandırılıb.

Lakin həmin məqalələrdə təqvimin tərifləndiyini iddia etmək mətləbin təhrif edilməsi demək olardı.

Misal üçün, Daily Star nəşrinə Putinin fotosessiyası "gülməli" gəlib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Britaniya mətbuatında heç bir nəşr, təqvimin necə satıldığı barədə mülahizə irəli sürməyib.

Britaniyanın 10 aparıcı təqvim satan şirkətlərindən heç biri Putin təqvimini satdığını bildirməyib.

Screen grab of Ebay listing of 2018 Vladimir Putin calendar

Şəklin mənbəyi, Ebay

Şəklin alt yazısı, £29.99 (68.74 manat) Vladimir Putin təqvimi üçün bir qədər baha görünə bilər, lakin çatdırılma xərci pulsuzdur.

Lakin internetdə eBay-dən tutmuş Amazon-a qədər, Britaniyada mənzillənməyən onlayn şirkətlərdən həmin təqvimi almaq mümkündür.

Təqvimin qiyməti, müştəriyə çatdırma xərci də daxil, £8-£72 (18 manat - 162 manat) civarında dəyişir.

Ən iri satıcı Rusiyanın Voronej şəhərində yerləşir.

Ümumilikdə, hələlik, təxminən bir neçə yüz təqvim nüsxəsi satılıb, və onların hamısının Britaniyadakı alıcılara satıldığı barədə məlumatımız yoxdur.

Misal üçün, Britaniyadakı Calendar Club şirkəti bu il dörd milyonadək təqvim satacağına ümid edir.

Vladimir Putin in a judo bout in 2009

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Təqvimin mart ayına olan hissəsində Putinin judo güləşi ilə məşğul olduğu fotosu yerləşdirilib.

Rusiyada bu təqvimlə bağlı məlumatların əksəriyyətində 360TV xəbər saytına istinad edilir.

"Britaniyalılar Putinin ova çıxdığı şəkilləri olan təqvim alır" başlıqlı xəbərdə Daily Mirror nəşrindən sitatlar gətirildiyi iddia olunur.

Lakin Daily Mirror-un məqaləsində həmin xəbərdə qeyd olunmuş bəyanatlar yoxdur, yalnız qeyd olunub ki, eBay vasitəsilə satılan təqvimin tirajı 6000 nüsxə ilə məhdudlaşır.

Rusiyalı jurnalist Alexey Kovalyov öz bloqunda Daily Mirror-da deyilənlrin Rusiya mediası tərəfindən şişirdilməsi və saxtalaşadırılmasına ilk fikir verənlərdən olub.

"Bu dərəcədə aşkar saxtakarlıqla bağlı nəsə edilməlidir", - jurnalist öz Twitter səhifəsində yazıb.

"Kremlpərəst "vatnik" medialar uydurmalar yazır. Guya, təqvimi almaq üçün alıcıların növbələrə düzülməsi, təqvimin alıcı tərəfindən rəflərdən süpürülməsi - bütün bunlar barədə orijinal məqalədə bircə söz belə yazılmayıb", - Kovalyov qeyd edib.

Təqvim Sankt-Peterburq şəhərindəki nəşriyatda çapdan çıxıb.

Təqvimin çapına rəsmi dairələr tərəfindən icazə və ya dəstəyin verilməsi məlum deyil.

Təqvimdəki bəzi şəkillər azı 10 il bundan əvvəl çəkilib.

Presentational grey line
Reality Check branding