Şahzadə Harry aktrisa sevgilisi Meghan Markle-la evlənəcək

Videonun alt yazısı, Şahzadə Harry və xanım Markle sentyabr ayında birlikdə çəkiliblər

Şahzadə Harry sevgilisi və amerikalı aktrisa Meghan Markle-la evlənəcək, şahzadə Harry-nin atası şahzadə Charles bəyan edib.

Taxt növbəsində beşinci yerdə olan şahzadə Harry xanım Markle-la gələn yaz aylarında evlənəcək və cütlük Kensington sarayında yerləşən Nottingham Cottage-də yaşayacaq.

line

"Bu sadə krallıq evliliyi deyil. Meghan Markle Britaniyanın Krallıq Ailəsinə fərqli ənənələr gətirir", BBC-nin Krallıq müxbiri Daniela Relph yazır.

"O, amerikalıdır, aktrisadır, qarışıq irqdəndir və boşanıb. O, həmçinin müxtəlif insan haqları üzrə kampaniyaçıdır və evliliyinin onun ictimaiyət qarşısında çıxışlarını, xüsusilə cinsi bərabərlik üzrə apardığı işlərini məhdudlaşdırmasını istəmir."

line
line

2016-cı ildən bəri tanış olan cütlük bu ayın əvvəlində nişanlanıb.

Rəsmi bəyanatda şahzadə Harry nişanını "elan etməkdən çox şad" olduğunu və xanım Markle-ın valideynlərinin razılığını aldığını deyib.

Londonda keçirilən nişan barədə yalnız kraliça II Elizabeth və "digər yaxın qohumların" xəbəri olub.

Şahzadə Charles-ın iqamətgahı Clarence House-un yaydığı bəyanatda, həmçinin bildirilir ki, toy barədə əlavə məlumat "tezliklə bəyan ediləcək".