Şəkillər: Tacikistan 1917-ci il inqilabından sonra

Площадь Свободы в Душанбе. Жители таджикской автономии отмечают первую годовщину провозглашения ТССР

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Şəklin alt yazısı, Düşənbənin Azadlıq meydanı. Tacik muxtariyyətinin sakinləri TSSR-nin elan olunmasının birinci ildönümünü qeyd edir.
    • Müəllif, Qafur Şermatov
    • Vəzifə, BBC Rus Xidməti

1917-ci ildə Xalq Komissarları Şurasının "Rusiya və Şərqin bütün zəhmətkeş müsəlmanlarına" müraciətində onların "azad və maneəsiz" milli həyatlarını qurmaq hüququ bəyan edilmişdi.

Tacik tarixçisi Qafur Şermatov Tacikistanın XX əsrdə simasını tanınmaz dərəcədə dəyişən və inqilaba həsr olunan unikal fotolar toplayıb.

1933 год, в одном из классов школы семилетки города Душанбе

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Şəklin alt yazısı, 1933-cü il, Düşənbə şəhərindəki yeddillik məktəbin siniflərindən birində

1924-cü ildə Muxtar Tacikistan SSR yaradıldı.

Beləliklə, taciklər ilk dəfə olaraq dövlət müstəqilliyi əldə etdi.

Beş ildən sonra TSSR tamhüquqlu SSRİ respublikasına çevrildi.

Душанбе 1925 год, в городе организован отряд первых таджикских пионеров

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Şəklin alt yazısı, Düşənbədə 1925-ci ildə tacik pionerlərinin ilk dəstəsi təşkil olunub.

Ötən əsrin 20-ci illərinin sonunda Tacikistanda hicaba qarşı fəal kampaniyaya start verildi.

Qadınlar üzlərini bağlayan baş örtüklərini çıxarıb atmağa başladı.

O dövrdə belə addım atan qadın özünü risk altına salırdı. Ötən əsrin 30-cu illərində qadın hüquqları uğrunda fəal mübarizə aparan Zeynəb-bibi Qurbanova vəhşicəsinə öldürülmüşdü.

Hicablarla mübarizə 10 ilədək çəkdi.

Душанбинки, впервые снявшие паранджу

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Şəklin alt yazısı, Düşənbənin pərəncəni ilk dəfə çıxarmış sakinləri

Stalinabad Pedaqoji İnstitutunun tələbələri Moskvada keçiriləcək idman paradında iştirak etmək ərəfəsində məşq edir.

Cəmi 10-15 il bundan əvvəl Buxara əmirliyinin keçmiş əyaləti olan, Şərqi Buxarada belə bir mənzərəni görmək mümkünsüz idi.

Сталинабад (Душанбе), май 1939 года

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Şəklin alt yazısı, Stalinabad (Düşənbə), 1939-cü ilin mayı

Yeni hakimiyyətin qarşısında duran əsas vəzifələrdən biri savadsızlıqla mubarizə olub.

Tacik əlifbası əvvəlcə latın qrafikasına, 1939-ci ildə isə kirilə keçirildi.

1928 год. В Душанбе организованы первые курсы по ликвидации безграмотности

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Şəklin alt yazısı, 1928-ci il. Düşənbədə savadsızlığı aradan qaldırmaq məqsədilə ilk kurslar təşkil edilib.

1927-1928-ci illərdə Düşənbədə ilk rus məktəbi açıldı.

Школа

Şəklin mənbəyi, GAFUR SHERMATOV

1925-ci il. TSSR MİK-in ilk dövlət binasının tikintisinə başlanılıb. İlk inşaatçılar respublikaya Rusiyanın Samara və Orenburq vilayətlərindən gələn sakinlər olub.

Строители

Şəklin mənbəyi, GAFUR SHERMATOV

1930-cu il. Düşənbədə Lenin adına küçədə ilk səkilərin qurulması işinə başlanılıb.

Первые тротуары на улице Ленина

Şəklin mənbəyi, GAFUR SHERMATOV

1926-cı il. Düşənbədə sovet heykəltaraşı Vasiliy Kozlov tərəfindən işlənilmiş, Leninə ilk abidə açılıb.

Первый памятник Ленину

Şəklin mənbəyi, GAFUR SHERMATOV

İlk müntəzəm "Düşənbə-Xoroq" hava reysi açılıb.

Bu, ən mürəkkəb uçuş marşrutlarından biri sayılır.

Sovet dövründə Dağlıq Bədaxşan müxtar vilayəti mərkəzinə gündə 15 reys həyata keçirilib.

İndi isə Pamirə uçuşlar, demək olar kı, tamamilə dayandırılıb.

Самолет

Şəklin mənbəyi, GAFUR SHERMATOV

1966-cı il. Düşənbə. Məşhur Komsomol gölü - şəhər sakinlərinin sevimli istirahət yeri.

Qadınlar və kişilər o vaxt göl sahilində bir yerdə özlərini günəşə verib, istirahət edib.

İndiki dövrdə isə buna bənzər birgə istirahəti təsəvvür etmək çətindir.

Комсомольское озеро

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Pamirli ağsaqqallar ömürlərində ilk dəfə olaraq gerçək avtomobil görüblər.

Старики-памирцы впервые увидели автомобиль.

Şəklin mənbəyi, GAFUR SHERMATOV

Stalinabadın (Düşənbə) ilk uşaq bağçalarından biri. 1931-1932-ci illər.

"Sovet uşaqları - ən sağlam və xoşbəxt uşaqlardır", - latın əlifbası ilə tacik dilində divara yazılmış şüarda deyilir.

Один из первых детских садов Сталинабада (Душанбе). 1931-1932гг.

Şəklin mənbəyi, GAFUR SHERMATOV

TSSR-in 10-cu ildönümü ilə əlaqədar keçirilən mitinqdə pioner qızlar.

Девочки-пионерки на митинге по случаю празднования 10-летия ТССР

Şəklin mənbəyi, GAFUR SHERMATOV