Səudiyyə Ərəbistanı Yəməndən buraxılan raketə görə İranı "birbaşa təcavüz"də ittiham edir

Videonun alt yazısı, Yəmən telekanalı Riyada istiqamətləndirilən raketin buraxılışını yayımladığını deyib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, İranı Yəmənin hüsi qiyamçılarına raketlər verərək "birbaşa hərbi təcavüz etməkdə" ittiham edir.

Dövlət mediasının məlumatlarına görə, şahzadə Britaniyanın xarici işlər naziri Boris Johnson-la telefon söhbətində deyib ki, bunu "müharibə aktı hesab etmək olar".

Şənbə günü Səudiyyə Ərəbistanının paytaxtı, Riyad yaxınlığında bir ballistik raket vurularaq yerə salınıb.

line

Həmçinin oxuyun:

line

İran Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən Yəməndə vuruşduğu husi qiyamçılarını silahlarla təmin etdiyi ittihamlarını rədd edir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şahzadənin iddiasının "təhlükəli" olduğunu deyib.

Husi yönümlü media qiyamçıların Burkan H2 ballistik raketini Yəmən sərhədindən 850 kilometr uzaqlıqda və Riyadın 11 kilometr şimal-şərqində yerləşən Kral Xalid Beynəlxalq Aeroportunu hədəfə aldığını deyib. Səudiyyə Ərəbistanının raket müdafiə sistemləri husi raketini göydə vurub, lakin məhv edilmiş raketin bəzi hissələri aeroportun ərazisinə düşüb.

Human Rights Watch raketin əsasən mülki istifadədə olan aeroporta yönəldilməsinin müharibə cinayəti olduğunu deyib.

Image circulated by Houthi-aligned Almasirah network purportedly showing Burkan 2 ballistic missiles

Şəklin mənbəyi, Almasirah

Şəklin alt yazısı, Husi hərəkatı Burkan 2 raketlərini 2017-ci ilin fevral ayında nümayiş edib

Dövlətə məxsus Saudi Press Agency çərşənbə axşamı vəliəhd şəhzadənin Britaniyanın xarici işlər naziri ilə telefonla söhbəti barədə məlumat yayıb.

"Vəliəhd şahzadə deyib ki, İran rejiminin husi qiyamçılarının raketlərlə silahlanmasındakı rolunu birbaşa hərbi təcavüz və krallığa qarşı müharibə aktı hesab etmək olar", agentlik şəhzadənin cənab Johnson-la söhbəti barədə yazıb.

İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qassemi isə cənab Zərifin Boris Johnson-la söhbətində Səudiyyə Ərəbistanının "fitnəkar hərəkətlərini" tənqid etdiyini deyib.

"O, səudiyyəli rəsmilərin yanlış və təhlükəli iddialarını rədd edib və onların beynəlxalq qanuna və BMT-nin nizamnaməsinə qarşı olduğunu deyib", cənab Qassemi əlavə edib.

line

Regional "Soyuq Müharibə"

Jonathan Marcus - BBC-nin diplomatik müxbiri

İran və Səudiyyə Ərəbistanı regional "Soyuq Müharibə"dədirlər. ABŞ və Sovet İttifaqı arasındaki Soyuq Müharibədəki kimi, bu müharibədə də iki əsas tərəflər bir-birilə birbaşa mübarizə aparmırlar. Bunun əvəzinə, onlar, tərəfdarlarının yerinə mübarizə aparırlar.

Səudiyyə Ərəbistanı Yəməndə İranın təsirinin qarşısını almaq üçün müdaxilə edib, lakin oradakı müharibə artıq iki ildir ki, davam edir.

İran, İraqın əsasən şiə hakimiyyətinə yaxınlığı ilə orada gücünü artırıb. Suriyada münaqişəsində də İranın dəstəklədiyi Əsəd hakimiyyəti, nəzarətində olan əraziləri artırır. Səudiyyə Suriyadakı qiyamçılara dəstəyi ilə heç nə əldə etməyib.

İndi isə Səudiyyə diqqətini İranın güclü müttəfiqlərinin olduğu başqa bir ölkəyə yönəldir. İranın tərəfdarı Hizbullah Livanda ən güclü siyasi qüvvələrdən biridir, lakin ölkədəki sabitlik çox həssasdir və oraya müdaxilə böyük risklər daşıyır. Hətta hər hansı bir böhran İsrail və Hizbullah arasında müharibəyə də səbəb ola bilər.

line

Bazar ertəsi günü, Səudiyyə Ərərbistanın xarici işlər naziri Adil əl-Cubeyr CNN-ə deyib ki, Yəməndəki raketi Livanın Hizbullah hərəkatı buraxıb.

O, raketin iyul ayında Səudiyyənin Məkkə şəhəri yaxınlığında vurulan raketə bənzədiyini və İranda istehsal olunduğunu iddia edib. O, bu raketin hissə-hissə gizli şəkildə Yəmənə aparıldığını və "Hizbullah və İran İnqilab keşikçiləri Ordusunun əməliyyatçıları" tərəfindən bir daha quraşdırıldığını deyib.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley iyul ayında buraxılan raketin "İranın Qaim" raketi olduğunu və bu "tip silahların münaqişədən əvvəl Yəməndə mövcud" olmadığını deyib. O, əlavə edib ki, şənbə günü vurulan raket də "İran əsilli ola bilər".

Xanım Haley xəbərdarlıq edib ki, bu cür silahları husi qiyamçılarına verməklə İran İnqilabı keşikçiləri BMT Təhlükəsizlik Şurasının iki qətnaməsini pozur.

İranın Xarici İşlər Nazirliyi raketin buraxılışını husilərin Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın "təcavüzünə" qarşı "sərbəst addımı" olduğunu deyib.

Raketin buraxılışına cavab olaraq, koalisiya Yəməndə bütün aeroport, quru sərhəd keçidləri və limanların müvəqqəti olaraq bağlandığını bəyan edib. Bununla mövcud olan blokadanı möhkəmləndirən koalisiya qüvvələri ciddi yoxlamalar şərtilə humanitar yardımın əvvəlki kimi Yəmənə buraxılacağını bildirib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Houthi fighters shout slogans during the funeral procession of a senior member killed in fighting with Saudi-backed Yemeni forces, Sanaa, Yemen (6 November 2017)

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Husi yönümlü media raketin qiyamçılar tərəfindən buraxıldığını deyib

Çərşənbə axşamı BMT, Yəmənə göndərilməli olan bütün humanitar hava reyslərinin dayandırıldığını deyərək, koalisiyadan Yəmənənin sərhədlərini açmağa çağırıb.

BMT Humanitar Məsələlərin Koordinasiyası Şöbəsinin sözçüsü Jens Laerke jurnalistlərə deyib ki, "Yəməndəki vəziyyət faciəvidir".

BMT-nin məlumatına əsasən, 2015-ci ilin mart ayında Yəməndə münaqişənin başlamasından indiyədək 60 faizi dinc əhali olmaqla 8,670 nəfər həyatını itirib. Döyüşlər və hava zərbələri nəticəsində 49,960 nəfər xəsarət alıb, BMT bildirir.

Münaqişə, həmçinin 20,7 milyon insanı humanitar yardımdan asılı qoyub. Münaqişənin digər nəticələrindən biri isə ölkədə 902 min insana təsiri olan və 2,191 nəfərin ölümünə səbəb olan vəba epidemiyasıdır.