Facebook-da dostluq təklifi “təcavüz” sayıla bilərmi?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Secunder Kermani
- Vəzifə, BBC News, Pakistan
Pakistanlı Oskar mükafatı qalibi olan film rejissoru və prodüseri Sharmeen Obaid-Chinoy bir sualla ölkəsində böyük müzakirəyə səbəb olub - Facebook-da dostluq təklifi "təcavüz" sayıla bilərmi?
Hər şey, onun bacısının xəstəxanaya gedişilə başladı. Müayinədən keçdikdən sonra, rejissorun bacısı həkimindən Facebook dostluq təklifi aldı.
Buna qəzəblənən xanım Obaid-Chinoy Twitter-də şərh yazaraq sosial şəbəkədə qızğın müzakirəyə səbəb oldu.

Şəklin mənbəyi, Sharmeen Obaid / Twitter

Şəklin mənbəyi, Sharmeen Obaid / Twitter

Şəklin mənbəyi, Sharmeen Obaid / Twitter
Xanım Obaid-Chinoy-un Facebook dostluq təklifini "təcavüz" kimi təsvir etməsi, onu hadisəyə aşırı reaksiya verməkdə təqsirləndirən bir çox pakistanlıdan qəzəbli cavablara səbəb olub.
Onu dəstəkləyənlər deyirlər ki, Obaid-Chinoy-un tənqidçilərindən gələn şərhlərdə qadınlara qarşı nifrət hissi sezir.
Onun tənqidçilərindən biri, jurnalist Ali Moeen Nawazish, Facebook-dakı dostluq təklifinin təcavüzlə müqayisəsini "gülünc" doğurduğunu deyir və təcavüzün əsil qurbanlarına pis təsir edəcəyini deyib.


"Daha nə qalıb? Bir qələm xahiş etmək təcavüz olacaq?...Kiməsə üç saniyə baxmaq təcavüz olacaq???", o, əlavə edib və xanım Obaid-Chinoy-u "Pakistanı rüsvay" etməkdə günahlandırıb.
Bundan sonra cənab Nazawish həkimin tvitlərə görə vəzifəsindən azad edildiyini deyib, lakin digər mənbələr Aga Khan Universitet Xəstəxanasının daxili araşdırma apardığını və bu müddətdə onun işindən müvəqqəti olaraq uzaqlaşdırıldığını bildirirlər.
Xanım Obaid-Chinoy-un "namus qətlləri" və turşu hücumu qurbanları barədə çəkdiyi sənədli filmləri müsbət rəylər qazanıb və, o, keçmişdə də buna bənzər ittihamlarla üzləşib.
O, Pakistanın bəzi ərazilərində qadınlara qarşı zorakı və nifrətdən doğuran ənənələri işıqlandırdığına görə Pakistana qarşı "satqın" olmaqda təqsirləndirilib. Onun Twitter-dəki şərhləri bu tənqidlərin bir daha səslənməsinə səbəb olub və, o, ölkənin imicinə zərər vurmaqda təqsirləndirilib.
Bəziləri onun "səhv qadınları və səhv ailəni" kəliməsinə görə, onu özünü yüksək təbəqə üzvü kimi digərlərindən üstün saymaqda təqsirləndirib. Lakin bu ittihamlarına cavabında, xanım Obaid-Chinoy deyib: "mənim ailəmdə qadınların güclü olduğunu" demək istəyirdim, "üstünlüyə və ya xüsusi gücə malik olduğumu" demək istəmirdim.
Lakin bu, ona qarşı Twitterdə hücumlara son qoymayıb. Bəziləri onun başqa kişilərlə şəkillərini paylaşaraq, bunun riyakarlığın əlaməti olduğunu idda ediblər. Digərləri Facebook-da saytlar yaradaraq başqalarını ona dostluq təklifi göndərməyə cəlb etməyə çalışıblar.

Şəklin mənbəyi, Saith Abdullah / Twitter
Bəzi insanlar isə dostluq təklifinin təcavüz həddinə çatıb-çatmadığını sual altına qoyublar.

Şəklin mənbəyi, Hamza Ali Abbasi / Twitter
Lakin onu müdafiə edənlər də olub.
Pakistanlı yazıçı Bina Shah, BBC-yə deyib ki, direktora qarşı yönələn "işgəncə və nifrət" onu təəccübləndirmir.
"Hər dəfə (patriarxiyaya) qarşı mübarizə aparanda sənə qarşı dərhal zərbə gəlir", Shah deyib.
Başqa bir bəyanatında Obaid-Chinoy yazıb ki, "təəssüf ki, söhbət qadınların təhlükəsizliyi, qeyri-əxlaqi hərəkətlər və təcavüzdən kənarlaşıb".
O, həkimin bacısı üzərində "çox məxfi müayinə" keçirdiyini və bundan sonra internetdə onun "şəkillərinin altında şərhlər yazıb onu dostluğa əlavə etməyə" çalışdığını deyib.
O, həmçinin "yad adamlardan tez-tez istənilməyən dostluq təklifləri" aldığını, lakin bacısının üzləşdiyi hadisənin "həkim və pasient arasında etibara" ziddiyyətli olması ilə fərqləndiyini deyib.
Pakistanın Tibbi və Stomatologiya Şurası BBC-yə bildirib ki, şuranın etik qaydalarında sosial şəbəkələr barədə söhbət edilməsədə, tibbi işçilərin vəzifələrindən istifadə edərək pasientlər və ya onların qohumları ilə emosional və ya cinsi əlaqə yaratmağa səy göstlərmək qadağandır.
Qalmaqalın mərkəzində olan həkimin şəxsiyyəti açıqlanmasa da, Pakistanda başqa bir xəstəxananın sahibi bəyanat yayaraq ona iş təklifi verib:

Şəklin mənbəyi, Hashmanis Hospital / Facebook
Secunder Kermani-nin bloqu








