Dubayda itkin düşən pişik iki ay sonra tapılıb

Динки

Şəklin mənbəyi, Donna Bailey

Şəklin alt yazısı, Ehtimallara görə, pişik hava limanından uçuşdan əvvəl qaçıb

Dubay aeroportunda itkin düşən pişik iki aylıq axtarışlardan sonra Britaniyanin Northamptonshire krallığındakı sahiblərinə geri qaytarılıb.

Ragdoll cinsindən olan Dinky adlı pişik Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) böyük şəhərinin hava limanından sahibləri İan və Sue Lees-lə birgə Londona uçmalıymış.

Lakin təyyarə Gatwick hava limanına enən zaman məlum olub ki, Dinky-nin qəfəsi boşdur.

Böyük ehtimalla uçuşdan əvvəl qəfəsdən qaçan pişik hava limanını tərk edib.

Sahiblərinin sosial şəbəkələrdə paylaşdıqları çox saylı elanların köməyilə Dubaydakı heyvanların sığınacaq evindən tapılan Dinky sahiblərinə qaytarılıb.

Иэн Лиз и Динки

Şəklin mənbəyi, Donna Bailey

Şəklin alt yazısı, Ian Lees pişiyi axtarmaq üçün Dubaya yollanıb

Son 5 ilini bu ölkədə keçirən Lees cütlükləri Dubayı 27 iyulda tərk ediblər. Onlar özləri ilə iki pişik götürüblər.

Ian pişikləri hava limanının yük terminalına aparıb, orada onlar təyyarəyə yerləşdirilməli idi.

Lakin uçuşdan sonra Dinky-nin qəfəsi boş qalmışdı. İan-in sözlərinə görə, əvvəlcə kimsə pişiyin təyyarənin bortunda olduğunu, onun Gatwick-də qaçdığını, yoxsa Dubayda itdiyini anlaya bilmədi.

"Kimsə nə baş verdiyini anlaya bilmirdi ",- deyə Ian bildirib.

Buna baxmayaraq Ian -ın xanımı pişiyin Dubayı tərk etmədiyindən şübhəli idi, çünki onun qəfəsi həddən artıq təmiz idi.

"Mən onun qəfəsdə nələr edəcəyini yaxşı bilirəm, lakin qəfəs təmiz idi ", - deyə Sue Lees bildirib.

Ian və Sue-nin qızları itkin düşən pişiyi tapmaq üçün Facebook-da xüsusi səhifə yaradıblar.

Ian pişiyi tapmaq üçün Dubaya yollanıb. Pişiyi tapan şəxsə isə ailə 5 min dirhəm (təqribən 1360 dollar) mükafat vəd etmişdi.

Плакат с обещанием вознаграждения

Şəklin mənbəyi, Donna Bailey

Şəklin alt yazısı, Ailə Dinky-nin sağ-salamat geri qaytarılması üçün iri məbləğdə mükafatın vəd edildiyi min vərəq elan yayıb

Nəhayət, iki ay sonra ailə Dubaydakı heyvanların sığınacaq mərkəzindən xoş xəbər aldı.

Ian və Sue Lees Dubay hava limanından 25 km aralıda pişiklərini sön dəfə gördükləri yerdə ona yenidən qovuşublar.

Pişiyin bütün bu müddət ərzində harada olduğu məlum deyil. Yerli kütləvi informasiya vasitələrində Dinky-ə oxşayan Dubay küçələrində gəzən qorxmuş pişik şəkilləri yayılmışdı.

Иэн Лиз и Динки

Şəklin mənbəyi, Donna Bailey

Sahiblərinin sözünə görə, Dinky 2 aylıq fasilədən sonra yenidən evə alışmaq məcburiyyətindədir.

Динки

Şəklin mənbəyi, Donna Bailey

Şəklin alt yazısı, Dinky fərqli özəlliyə - çıxıntılı dişə malikdir