Cənubi Koreya prezidenti yol hərəkəti diktoru qismində çıxış edib

President Moon Jae-in at the TBS Studios in Seongnam

Şəklin mənbəyi, Blue House

Şəklin alt yazısı, Prezident Moon Jae-in yol hərəkətinə dair xəbərləri radioveriliş zamanı oxuyub.
    • Müəllif, Dünya xəbərləri medianın gözü ilə...
    • Vəzifə, ...BBC Monitoring

Cənubi Koreya prezidenti Moon Jae-in radio verilişində yol hərəkəti diktoru qismində çıxış edərək dinləyicilərin təəccübünə səbəb olub.

Ölkə prezidenti efirə TBS (Yol hərəkəti Yayım Systemi) yayım şirkətinin radioverilişində çıxıb.

KBS xəbər vebsaytının xəbər verdiyinə görə, ölkənin şimal şərqində yerləşən Seongnam şəhərində efirə çıxan prezident Moon Jae-in bu addımı xalqa daha yaxın olmaq kampaniyası çərçivəsində atıb.

Seul-un nəzdində olan yerli hökümətə məxsus TBS radiostansiyası gün ərzində sürücülər və səyahətçilər üçün verilişlər yayımlayır.

Prezidentin radioverilişə çıxması vaxtı koreyalıların qeyd etdiyi Chuseok bayramı günlərinə təsadüf edib.

Həmin bayram günlərində koreyalılar evlərində, ailələrinin yanında olmağa çalışır və ölən qohumlarının məzarına baş çəkir və onları yad edirlər.

"Hər vaxtınız xeyir, mikrofon qarşısında Moon Jae-in-dir... Efirə çıxmağım sizi təəccübləndirə bilər", - president dinləyicilərə müraciət edərək deyib, Yonhap xəbər agentliyi bildirib.

Prezidentin Facebook səhifəsində yazılıb ki, Moon Jae-in yolda olan sürücülərə təhlükəsizlik məsləhətləri verib.

"Təhlükəsizlik kəmərini taxmağı yaddan çıxarmayın, - deyən Moon Jae-in uzaq yola çıxan sürücülərə fasilə etməyi məsləhət görüb. - Ən təhlükəli məsələ uzaq məsafələrdə sürücünün yuxulu vəziyyətdə avtomobilini idarə etməsidir".