ABŞ Las Vegas hücumunun səbəblərini araşdırır

Şəklin mənbəyi, Paddock family
Polis Las Vegasda keçirilən bir konsertdə açılan atəş nəticəsində azı 59 nəfərin həlak olduğu, daha 527 adamın yaralandığı olayın səbəbini axtarır.
Silahlı, Mandalay Bay otelinin 33-ci mərtəbəsindən atəş açaraq otelin önündə, açıq havada keçirilən kantri musiqi festivalına gələnləri hədəf alıb, Las Vegas polisi bildirib.
Polis şübhəlinin 64 yaşlı yerli sakin, Stephen Paddock olduğunu deyib. Məlumata görə, polis onun olduğu otağa hücum edən zaman, silahlı özünü güllələyərək öldürüb.
Onun oteldə qaldığı otaqdan 23 silah, Nevadadakı evindən isə 19-u odlu silah, partlayıcı maddə tapılıb.
Hələ ki, hücumun motivləri barədə məlumat yoxdur.
Polis hücumun hər hansı beynəlxalq terror təşkilatları ilə hər hansı əlaqəsini tapmayıb, baxmayaraq ki, özünü İslam Dövləti adlandıran İD hücumla baölı məsuliyyəti öz üzərinə götürüb.
Prezident Donald Trump hadisəni "əsl yamanlıq" adlandırıb.
Bu hadisə ABŞ-ın yaxın tarixində ən böyük silahlı hücumdur.

Şəklin mənbəyi, BBC/Laura Bicker
Paddock-un hadisəni niyə törətməsi hələlik bəlli deyil. Las Vegas şerifi Joe Lombardohadisəni "yalnız qurdun" hücumu adlandırıb.
"Onun hansi inanc sistemə qulluq etməsi barədə heç nə bilmirəm", o əlavə edib.
Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma Paddock-un aylar öncə İslam dinini qəbul etdiyini iddia edərək hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Əvvəllər də belə təsdiqlənməyən iddialar edən İD Paddock-la bağlı dediklərinə dair heç bir dəlil irəli sürməyib.

Federal Təhqiqatlar Bürosu hücum edənlə hansısa beynəlxalq terrorçu qrup arasında əlaqəni təyin edə bilmədiyini qeyd edib.
Hadisə baş verən zaman 22 min insanın konsertdə olduğu deyilib. Yüzlərlə insan qaçaraq ərazini tərk edib. Sosial media şəbəkələrində paylaşılan videolarda davamlı avtomat atəşi səslərini eşitmək mümkündür.

Şəklin mənbəyi, Getty Images
Las Vegas-ın kazinolarla dolu məşhur Las Vegas Strip küçəsində başqa bir hadisənin də baş verdiyi barədə xəbərlər var.
Silahlı polislər hadisə yerində bir çox ərazini bağlayıb.
Hücum yerli vaxtla saat 22:30-da baş verib. Şahidlər yüzlərlə güllənin atıldığını deyir.
Las Vegas McCarran hava limanından yollananan bəzi aviareyslər digər hava limanlarına yönəldilib.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images




