Səudiyyədə qadın sürücülər "qəzaların sayını azaldacaq"

Şəklin mənbəyi, AFP/Getty Images
Səudiyyə Ərəbistanında qadın sürücülərə olan qadağa, gələn il iyun ayında başa çatacaq.
"Səudiyyə Ərəbistanının qadın sürücülərə qoyduğu qadağanın ortadan qalxması, avtomobil qəzalarının sayını azaldacaq".- Daxili İşlər naziri şahzadə Abduləziz bin Səud bin Nayif deyib.
O, bu iddiasına heç bir sübut göstərməyib, yalnız "avtomobil idarə edən qadınlar, yol hərəkəti təhlükəsizliyini təhsil təcrübəsinə çevirəcək" söyləyib.
Səudiyyə Ərəbistanında hər gün təxminən 20 adam yol qəza hadisəsində həlak olur - bu, dünyada ən pis yol ölüm dərəcələrindən biridir.
Qadın sürücülərə olan qadağa gələn ilin iyun ayında başa çatacaq. Bu elan, Kral Salman tərəfindən 27 sentyabr tarixində verilib.
Həmçinin oxuyun:
Cümə axşamı, ərəbcə atdığı tvitlərində Daxili İşlər naziri bildirib ki, avtomobil idarə edən qadınlar, bədbəxt hadisələrin səbəb olduğu insan tələfatını və iqtisadi zərərləri azaldaraq, yol hərəkəti təhlükəsizliyini təhsil təcrübəsinə çevirəcək.
O, həmçinin qeyd edib ki, ölkənin təhlükəsizlik qüvvələri, yol hərəkəti qaydalarını kişi və qadınlara tətbiq etməyə hazırdılar.
Səudiyyə Ərəbistanında, əcnəbi vətəndaşlarla birlikdə 10 milyondan çox yetkin qadın var.
Statistika göstərir ki, yollarda avtomobillərin sayının artması avtomobil qəzalarının da artmasını labüd edir.
ABŞ-da məsələn, 2014-2016-cı illər arasında nəqliyyat vasitələrinin sayı 3.6 faiz artıb, ancaq eyni zamanda yol ölümləri də 13.6 faizə qədər çoxalıb.
Ancaq Səudiyyə Ərəbistanında, yollarda maşınların sayı azala bilər. Çünki Səudiyyə qadınlarını gəzdirən avtomobillərin 800 min xarici sürücüsü potensial olaraq işlərini itirə bilərlər. Səudiyyəli qadın sürücülər qəzaların sayını "azaldacaq"





