Rohinca bohranı: Myanma Rakxayna BMT səfərini ləğv edir

Rakxayn vilayətinə əsgər adır

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Rakxayna giriş sərt nəzarət altındadır

BMT bildirir ki, rohinca müsəlmanlarının kütləvi şəkildə tərk etdiyi Rakxayn ştatına planlaşdırılmış səfər Myanma hakimiyyəti tərəfindən ləğv olunub.

Baş tutduğu təqdirdə bu avqustda zorakılığ dalğasının başlanmasından bəri BMT rəsmilərinin bölgəyə ilk səfəri olmalıydı.

BMT yardım proqramının əməkdaşları rohinca silahlılarına qarşı hərbi əməliyyatın elan olunması ardınca bölgəni tərk etməyə məcbur ediliblər.

BMT missiyası səfər vaxtı Myanmadan Banqladeşə qaçan 400 mindən artıq rohinca azlığının aqibəti ilə bağlı vəziyyəti araşdırmalı idi.

line
line

Banqladeşə keçən rohincalar hərbiyyə və onu dəstəkləyən buddistlər tərəfindən amansız təqiblərə məruz qaldığını deyirlər.

Jurnalistlərdən alınan məlumat və görüntülər rohinca kəndlərinə od vurulması barədə şahidlərin ifadələrini təsdiqləyir.

BMT səfərinin ləğv olunmasının səbəblərilə bağlı məlumat verilməyib.

Rohinca qaçqınları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 25 avqustda başlayan zorakılıq ardınca rohincalar Banqladeşə keçməyə başlayıblar.
Yandırılmış kənd. (Şimali Rakxayn - 27 sent 2017)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Görüntülərdə Şimali Rakxaynda old vurulmuş kəndləri görmək olar