Audrey Hepburn-nun unudulmaz cazibəsi

На выставке

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Yarım əsr keçməsinə baxmayaraq, Audrey Hepburn hələ də moda ikonası olaraq qalır.
    • Müəllif, Lora Li,
    • Vəzifə, BBC

Aktrisa Audrey Hepburn-nun "Tiffany-də səhər yeməyi" filmində, Holly Golightly rolu ilə məşhur olmasından yarım əsr keçdikdən sonra, onun şəxsi əşyaları yeni nəsil moda pərəstişkarlarının diqqətini çəkir.

Londondakı Christie's hərrac evi, önümüzdəki həftə satışa təqdim ediləcək olan çoxlu əşyaların arasında, onu məşhur qısa qara paltarı, paltosu və yuxu üçün maskası da daxil olmaqla, film ulduzunun şəxsi əşyalarının toplusunu satışa çıxaracaq.

Təxminən 500 lot hərraca çıxarılacaq.

Lakin, şənbə günü qapılarını açacaq olan Hepburn-nun kolleksiyasının sərgisi, yalnız potensial alıcıları cəlb etmir.

Londondakı Christie's hərrac evinin özəl kolleksiya üzrə direktoru Adrian Hume-Sayer qeyd edir ki, yeni nəsil moda sevərlər üçün, Audrey Hepburn bir mədəni xadimdir.

"Hər kəs bilir ki, müasir dəbli paltarların bir çox xüsusiyyətləri Audrey Hepburn tərəfindən modaya daxil edilib - xətlərin lakonizmi, üslub sadəliyi"- o, əlavə edib.

Маргрит и Генри
Şəklin alt yazısı, Margaret və Henry, gənc olmaqlarına baxmayaraq Audrey Hepburn-nu sevirlər.

Hollandiyadan xüsusi olaraq bu kolleksiyanı görmək üçün gələn 23 yaşlı Margaret Matebour, hərracdan heç nə almağı düşünmür, lakin Audrey Hepburn-nun özünə biganə deil.

Margaret ilk dəfə 12 yaşı olanda Audrey-ni "Tiffany-də səhər yeməyi" filmində görüb.

"O, çox sadə və insani bir qadın rolunu oynayırdı. O bu rolla parladı, ancaq bununla diva olmadı", -Margaret qeyd edib.

Mən Margaret-dən soruşdum ki, kolleksiyadan hansı parçanı əldə etmək istəyərdi. "Qaranlığı gözlə" filmində geyindiyi "qəhvəyi rəngli paltonu. Mən onu geyinmək istəyərdim", -Margaret cavab verib.

балетные туфли

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Sərgidə sadə pambıq paltarlar və ucuz balet ayaqqabıları da görmək mümkündür.

Aktrisanın geyim və ayaqqabıları arasında çox sayda ucuz şeylər var.

1964-cü ildə "Mənim gözəl xanımım" adlı kinokomediyada ilk dəfə Audrey Hepburn-nu görən, yenicə başlamış londonlu moda dizayneri, 20 yaşlı Henry Wikinson da, Margaret ilə birgə sərgiyə gəlib.

"Bu 10 il əvvəl baş verib, ancaq mən hələ də bu filmin təsiri altındayam", - o deyib.

Henry hesab edir ki, Audrey Hepburn, öz zamanında geniş yayılmış olan film ulduzu stereotipindən çox fərqlənir belə ki, o, hündür dabanlı ayaqqablar geyinməkdən imtina edib, tez-tez şalvar geyinib və ümumiyyətlə oğlana bənzəyib. "

"Həqiqətən də, Hepburn-nun sərgiləndiyi əşyalarının əksəriyyəti, Oxford Street və ya qonşuluqdakı dəbli mağazaların vitrinində gördüyümüz paltarlardan çox az fərqlənir.

Lələklərlə bəzədilmiş qara, qısa paltar, sərgidə parıltılı pencək və xəzli paltonun yanında nümayiş olunur.

"O, özündə olanlarla işləyirdi, və bu şeylər bizim üçün aydın və yaxındır", -Henry qeyd edir.

Выставка Хепберн в Лондоне

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Təxminən 500 lot hərraca çıxarılacaq.

"Həqiqətən də, kolleksiyada Givenchy Valentino kimi dəbli brendlərin olmasına baxmayaraq, sərgidə sadə pambıq paltarlar və ucuz balet ayaqqabıları da görmək mümkündür.

Sərgidə nümayiş olunan, aktrisaya məxsus olan bəzək əşyaların əksəriyyəti, məşhur Hollywood ulduzunun istifadə etməməli olduğu qədər ucuz idi.

Məsələn, saxta brilyantlarla bəzədilmiş ilan dərisindən olan kəmər.

Onun çox az sayda əsl bəzək əşyaları olub", -Henry deyir, - "Audrey, onlarla çox maraqlanmayıb. O, ciddi olub və real dünyada yaşayıb."

Пояс из змеиной кожи

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İlan dərisindən hazırlanan bu kəmərdəki brilyantlar əsl deyil, ancaq Audrey Hepburn bundan heç vaxt utanmayıb.

Hərracda sərgilənəcək əşyaların arasında, aktrisanın qeydləri olan ssenari, onun şəkilləri və hətta Cartier brendindən kokteyl üçün ilkin qiyməti 2-3 min funt dəyərində qaşıq var.

Bu şeylərdən bəzilərinin, Audrey Hepburn-nun gənc pərəstişkarları tərəfindən əldə olunacağına dair ümid var.

Onun oğlanları, kolleksiyanın daha əlçatan olması təmin etmək üçün, onun mümkün olduğu qədər çox kiçik lot-lara bölünməsinə təkid ediblər.