Alimlər İİV ştammlarının 99 faizini öldürən antiçisimlər yaradıb

Şəklin mənbəyi, Science Photo Library
Amerikalı alimlər İİV ştammlarının 99%-ni öldürən və infeksiyanı erkən mərhələdə məhv edə bilən anticisimlər yaradıb.
Yeni birləşmə virusun 3 həlledici komponentini hədəfləyir.
Anticimlərdən ibarət yeni müalicəvi maddənin müəllifləri ABŞ Səhiyyə Milli İnstitutu və Sanofi əczaçılıq şirkətidir.
İİV əleyhinə beynəlxalq mübarizə cəmiyyəti (IAS) alimlərin əldə etdiyi nəticəni "maraqlı irəliləyiş" adlandırıb.
Anticisimlərin klinika şəraitində sınaqları 2018-ci ildə başlamalıdır.
Hazırda İİV virusuna qarşı mübarizə ştammlarını neytrallaşdıran anticisimlər vasitəsilə aparılır.
Həmin anticisimlər İİV ştammlarının xeyli hissəsini öldürür və virusa yoluxmanın qarşısını alır.

Şəklin mənbəyi, Thinkstock
Science elmi jurnalında dərc olunmuş alimlərin yeni məqaləsində, belə anticisimlərin üç növünün üçqat təsiri olan güclü preparatda birləşdirildiyi bildirilib.
Yeni müalicəvi təsirə malik olan maddədə birləşdirilmiş ən güclü təbii anticisimlər İİV ştammlarının 90 faizini neytrallaşdırmağa qadirdir.
24 meymun üzərində aparılmış sınaq nəticəsində, heyvanlardan heç birinin, HIV virusu onlara yeridiləndən sonra, infeksiyaya yoluxmadığı qeydə alınıb.
İİV virusu yüksək mutasiya qabiliyyətinə malikdir.
İnsanın immun sistemi üçün eyni vaxtda virusun müxtəlif növ ştammları ilə mübarizə aparmaq çətindir.






