İrma qasırğası: insanlar sığınacaq axtarır

Karib adalarında son on ilin ən güclüsü hesab edilən İrma qasırğasından qorunmaq üçün hazırlıq işləri gedir.

Beşinci, mümkün ən yüksək kateqoriya ilə qiymətləndirilən qasırğanın sürəti saatda 295 km olacaq.

O hazırda Leeward adalarını vurmağa başlayıb, daha sonra Puerto Rico Dominican Respublikasına keçəcək.

ABŞ-da Florida ştatının Key West sahəsində məcburi təxliyə barədə göstəriş verilib.

Turistlər buranı çərşənbə günü səhəri, sakinlər isə həmin gün axşam ərazini tərk etməlidir.

Daha sonra beynəlxalq hava limanında bütün reyslər dayandırılacaq.

Fırtına yaxınlaşdıqca minlərlə insan risk rayonlarından təxliyə olunur. Sakinlər ərzaq, su və ilkin tələbat əşyaları üçün mağazalarına axışdığından bəzi yerlərdə artıq qıtlıq yaranıb.