Yüzlərlə müsəlman Moskvada Myanma səfirliyi qarşısında piket keçirib

Bazar günü Moskvada, Rusiya paytaxtının mərkəzində, müsəlmanlar Myanma səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirib.
Onlar Myanmada müsəlmanların sıxışdırılmasına qarşı etirazlarını bildiriblər.
BBC Rus xidməti müxbirinin hadisə yerindən xəbər verdiyinə görə, aksiyada 500-ə yaxın insan iştirak edib.
Bəzi iştirakçılar həyacanlı görünsə də, ümumilikdə aksiya dinc keçib, polislə iştirakçılar arasında qarşıdurma halları qeydə alınmayıb.

Şəklin mənbəyi, Getty Images
Mitinq iştirakçılarının çıxışları "Allah əkbər!" çağırışları ilə müşayiət olunub.
Aksiya iştirakçılarından biri BBC Rus xidmətinə bildirib ki, Myanma səfirliyi qarşısına gəlmək çağırışı barədə o, Çeçenistan rəhbəri Ramzan Kadırovun Instagram-dakı postundan xəbər tutub.
Həmin iştirakçının sözlərinə görə, o, və digər toplaşanlar Myanmada müsəlmanların qətlə yetirilməsinə etiraz edirlər.


Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

