Moda dünyasını fəth edən pop ulduzlar

Şəklin mənbəyi, Getty Images
Pop ulduzlar moda dizaynerləri üçün həmişə nüfuzlu maneken rolunu oyanyıblar - lakin getdikcə daha çox pop ulduzları geyimlərinin dizaynını özləri modelləşdirməyə başlayır.
Misal üçün, bu yaxınlarda Skepta ilk dəb kolleksiyasını, Zayn Malik isə Versace Versus kolleksiyasını açıqlayıblar.
Beləliklə, onlar dizaynerlik etməyə başlamış musiqiçilər dəstəsinə qoşulublar. Həmin dəstədə isə artıq Victoria Beckham, Kanye West və Rihanna kimi adlar var.
Görəsən, pop-ulduzundan dönüb müvəffəqiyyətli moda dizayner nə dərəcədə asan bir işdir, axı, adətən bu sahədə uğur qazanmaq üçün müəyyən təçrübə toplamaq gərəkdir.

1. Victoria Beckham

Şəklin mənbəyi, Getty Images
Posh Spice kimi tanınan müğənni artıq Britaniyanın öndə gedən dizayneri Victoria Beckham-ə çevrilib.
Keçmiş Spice Girls üzvünün 2008-ci ildə təqdim etdiyi və 10 geyimdən ibarət ilk moda kolleksiyası gülüş, təəccüb və şiddətli tənqidlərlə qarşılanmışdı.
O zamandan bəri Victoria Beckham (VB) bir dizayner kimi xeyli güclənib.

Şəklin mənbəyi, Getty Images
VB moda dizaynerliyi sahəsində bir necə mötəbər mükafata, ö cümlədən 2011 və 2014-cü illərdə British Fashion Awards müsabiqəsi çərçivəsində mükafatlara layiq görülüb.
Öz işləri barədə o deyib: " Mən istəyirəm ki, qadın özünün ən yaxşı halında görünsün və özünü əla hiss etsin".

2. Kanye West

Şəklin mənbəyi, Getty Images
Kim Kardashian-ın əri olan repçi Kanye West moda sahəsində ilk addımlarını 2009-cu ildə Nike şirkəti ilə əməkdaşlıq çərçivəsində ataraq Air Yeezys idman ayaqqabıları xəttini yaradıb.
Bundan sonra o müxtəlif dizaynlı ayaqqabı modellərini yaradıb, və bu sahədə , o cümlədən, Luis Vuitton şirkəti ilə də əməkdaşlıq edib.
Moda sahəsində fəaliyyətə ciddi yanaşdığını sübut etmək üçün, West elə həmin ildə Fendi şirkətində təcrübə praktikası keçib.

Şəklin mənbəyi, Getty Images
Bir cüt Air Yeezys markalı ayaqqabbı hazırda eBay-də $1,349.99-ə təklif olunur.
2011-ci ildə Paris Moda Həftəsi çərçivəsində repçi DW Kanye West markası altında qadın moda geyimi kolleksiyasını təqdim edib.
O vaxtdan bəri Kanye West dəbli idman geyimi sahəsində fəaliyyətini Adidas şirkəti ilə əməkdaşlıqla davam etdirib.

3. Gwen Stefani

Şəklin mənbəyi, Getty Images
No Doubt qrupunun ifaçısı geyim dizaynerliyi sahəsində ilk addımlarını 2004-cü ildə L.A.M.B. moda şirkətini yaradaraq atıb. Şirkətin adı onun ilk solo albomunun adında işlədilmiş sözlərin baş hərflərindən təşkil edilib: "Love.Angel.Music.Baby".
Stefany kolleksiyalarını New York Moda Həftələrində tez-tez nümayiş etdirib və həmin nümayiş mərasimləri ekspertlərin müsbət rəyini qazanıb.
Facebook səhifəsində L.A.M.B. moda markası "Hollywood kino ulduzlarına xas klassik geyim üslubu ilə müasir və futuristik üslubun qarşığı" kimi təsvir olunub.
Müğənnin kolleksiyası kommersiya baxımından uğurlu olub - belə ki, L.A.M.B. şirkətinin gəliri ildə milyonlarla dollar ilə ölçülür.

4. Rihanna

Şəklin mənbəyi, Getty Images
RiRi dizaynerlərin rəğbətlə qarşıladığı, moda geyimlərini nümayiş etdirən pop ulduzu olmaqla yanaşı, özüdə dizaynerlik işinə maraq göstərir.
Qırmızı xalçaları Stella McCartney, Chanel, Prada və Giambattista Valli kimi dizaynerlərin hazırladığı paltarlarda yeriyərək bəzədən müğənni artıq bir neçə ildir ki müxtəlif şirkətlərlə birgə dizayener kimi də özünün nəyə qadir olduğunu sınayır.
Onun işləyib hazırladığı geyim modelləri qadın alt paltarları, denim, Armani Jeans üçün qolsuz köynəklər, Emporio Armani alt paltarları və River Island üçün geyim kolleksiyasını əhatə edir.
Rihanna 2014-cü ildən Puma idman geyimi şirkətinin qadınlar üçün moda üzrə yaradıcı direktoru kimi də fəaliyyət göstərir.
Onun Puma-dakı idman geyimi kolleksiyası xüsusilə uğurlu olub.
Son dövrlərdə Rihanna ayaqqabı dizayneri Manolo Blahnik ilə və Dior şirkəti ilə günəş eynəkləri kolleksiyası üzrə əməkdaşlıq edib.
Onun adına eləcə də Kiss və Crush markalı ətir xətti, və Chopard markası altında zərgərlik məlumarları da modasevərlərin diqqətini cəlb edib.

5. Tinie Tempah

Şəklin mənbəyi, Getty Images
Londonun cənubundan çıxan repçi moda sahəsində öz gücünü 2010-cu ildə, onun Pass Out adlı debüt mahnısı reytinqlərdə birincilik qazandıqdan sonra sınayıb.
Dizayn etdiyi geyimləri Disturbing London markası altında buraxılır. Bu markalı paltar kolleksiyasına xas olan əsas cəhət gündəlik küçə geyimi üslubu ilə elit moda üslubunun qarışığından ibarət olmasıdır.
Tinie ildən-ilə Britaniyanın ən zövqlü geyinən kişiləri siyahısında yuxarı yerləri tutur.
Bu il isə Tinie özünün What We Wear markalı geyim kolleksiyasını təqdim edib.
O, eləcə də, qadın geyim kolleksiyasını buraxmaq üçün hazır olduğunu bildirib.
"Nə geydiyinizdən asılı olmayaraq, əsas məsələ - özünəinam hissidir", - Tinie deyir.






