İŞİD-in özündən sonra qoyub getdiyi qorxulu nəsil?
İraq və Suriyada özünü İslam Dövləti adlandıran qrup məğlub edilir və istehkamlarından sıxışdırılıb çıxarılır.
Lakin bu qrup özündən sonra təhlükəli bir irs qoyub gedir – nifrət ruhunda böyümüş və döyüş təlimi keçmiş uşaqlar.
Təxminlərə görə, İŞİD hərbi təlimlərini 2000-dək oğlan uşağı keçib.
Bu reportaj “xilafətin şir balaları” adlandırılan həmin uşaqlardan bəhs edir.
