You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Hindistanda "talaq" deməklə boşanma təcrübəsi əleyhinə qərar çıxarılıb
Hindistanın Ali Məhkəməsi 3 dəfə "talaq" deməklə ayrılmaq təcrübəsini konstitusiyaya zidd tanıyıb. Bu, qadın hüquqları fəalları üçün əhəmiyyətli qələbə sayılır.
Bu qərar beş nəfərdən ibarət hakim heyətinin üç üzvü tərəfindən dəstəklənib.
Hökmdə təcrübə "qeyri-İslami" kimi dəyərləndirilir.
Hindistanda ər öz arvadını 3 dəfə "talaq" deməklə boşaya bilər. Bu qayda Hindistandan başqa cəmi bir neçə ölkədə mövcuddur.
Mühüm məhkəmə hökmü "üçlü talaq" qaydasına qarşı petisiyalara cavab olaraq qəbul edilib.
İddianı "talaqla" boşanmış beş qadın və iki hüquq müdafiə qrupu qaldırıb.
"Hindistanın müsəlman qadınları ötən 70 il ərzində əziyyət çəkib. Bu bizim üçün tarixi bir gündür, lakin məsələ burada bitmir", məhkəmə iddiası qaldıranlar arasında olan Bharatiya Muslim Mahila Andolan kampaniya qrupunun fəalı Zakia Soman bildirib.
Son zamanlar bir çox hindistanlı kişi talaq tələbini telefon, SMS, WhatsApp və Skype kimi müasir üsullarla çatdırır.