Şəkillərdə: 2017 Galapagos Conservation Trust fotomüsabiqəsi

Qalapaqos Adalarının müxtəlif güşələrində çəkilmiş və canlı təbiəti əks etdirən fotomüsabiqənin qalibləri elan olunub.

A storm petrel walking on water

Şəklin mənbəyi, McKenna Paulley/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Bu ilki fotomüsabiqənin qalibi McKenna Paulley elan olunub. O, suyun üzərində, göründüyü kimi, yem axtara-axtara yeriyən fırtına quşunu lentə alıb. Şəkil Fernandina adası sahil zonasında çəkilib.
A swallow-tailed gull in flight

Şəklin mənbəyi, Carlos Cuenca Solana / GCT

Şəklin alt yazısı, Fotomüsabiqədə Heyvanların Davranışı, Botanika, Landşaft, Arxipelaqda İnsan və Heyvan Portreti kateqoriyalarında keçirilib. Qalapaqos qağayasının fotosuna görə Carlos Cuenca Solana sonuncu kateqoriyanın qalibi çıxıb, ümumi yarışda isə ikinci yerə layiq görülüb.
A stranded ship on the shore of San Cristobal Island

Şəklin mənbəyi, Andres Eduardo Paredes Buenaño/ GCT

Şəklin alt yazısı, Nə vaxtdansa San Cristobal adasında sahilə çırpılıb qalmış Siempre Angelito VI adlı gəmi. Fotoqraf Andres Buenano-nu təsirləndirən, zamanın, gəminin zahiri görünüşünü necə dəyişdirdiyi olub. Onun çəkdiyi bu şəkil Arxipelaqda İnsan kateqoriyasında birincilik qazanıb.
A great blue heron catching a sea turtle hatchling

Şəklin mənbəyi, Ivan Dario Vasquezala/ GCT

Şəklin alt yazısı, Ivan Dario Vasquezala bu fotonu Floreana adasında çəkib. Böyük mavi vağ, yumurtadan təzə çıxmış tısbağa balasını dimdiyinə keçirib. Bu şəkil Heyvanların Davranışı kateqoriyasında birincilik qazanıb.
Galapagos mockingbird feeding its chick

Şəklin mənbəyi, James Robins/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Qalapaqos Alaycı quşu, balasına yem verdiyi anda çəkilib. Fotoqraf James Robins Heywon bu fotoşəkilə görə Heyvanların Davranışı kateqoriyasında ikinci yerə layiq görülüb.
A land iguana among grass

Şəklin mənbəyi, Sheri Vandermolen/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Yer iquanası. Bu şəkil Sheri Vandermolen tərəfindən Cənubi Plaza adasında çəkilib. Foto Heyvan Portreti kateqoriyasında ikinci yeri tutub.
The evening sun catching the spines of a prickly pear cactus on South Plaza Island

Şəklin mənbəyi, Eric Williams/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Eric Williams, Botanika kateqoriyasında iynəli armud kaktusu fotosu ilə birincilik qazanıb. Şəkil Cənubi Plaza adasında çəkilib.
Scalesia trees on Santa Cruz Island

Şəklin mənbəyi, Nicole Aherron/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Scaleziya və ya qızçiçəyi ağacı Qalapaqos adalarındakı müxtəlif vegetativ zonalara asanlıqla uyğunlaşa bilir. Botanika kateqoriyasında ikinci yeri tutan bu foto Santa Cruz adasında Nicole Aherron tərəfindən çəkilib.
An image of Leon Dormido, or Kicker Rock, taken from Cerro Brujo

Şəklin mənbəyi, Eric Williams/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Landşaft kateqoriyasında birincilik qazanan foto - Leon Dormido və ya Dik Qaya. Bu şəkil San Cristobal adasında Cerro Brujo çimərliyində Eric Williams tərəfindən çəkilib.
A peaceful morning at Mosquera Islet, near Santa Cruz Island, with the Sally Lightfoot crabs

Şəklin mənbəyi, Charlotte Brett/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Mosquera adasında səhər təzəcə açılan vaxt çəkilmiş şəkil. Lava qayalarında Sally Lightfoot krabları görünür. Charlotte Brett tərəfindən çəkilən bu şəkil Landşaft kateqoriyasında ikinci yeri tutub.
A marine iguana sunbathing in Isabela

Şəklin mənbəyi, Carlos Cuenca Solana/ Galapagos Conservation Trust

Şəklin alt yazısı, Dəniz iquanası Isabela adasında. Arxipelaqda İnsan kateqoriyasında Carlos Cuenca Solan tərəfindən çəkilmiş bu foto ikinci yerə layiq görülüb.