You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İlin ulduz yağışı: Perseid meteorit yağışı britaniyalıların çəkdiyi şəkillərdə
13 avqust gecəsi planetimizin müxtəlif hissələrində Perseid adı daşıyan meteorit yağışı müşahidə edilib. Həmin astronomik hadisəni Britaniyada da izləyənlər olub.
Ulduz yağışının pik fazası şənbə gecəsinə düşüb. Perseid meteorit yağışı hər il iyul-avqust aylarına təsadüf edir. Bu, Yer planeti trayektoriyasının Swift-Tuttle kometası hissəciklərindən ibarət toz kütləsi ilə kəsiməsi zamanı baş verir.
Mütəxəssislər bildirirdilər ki, Ay 3-cü fazasında olduğundan bu il Perseid ulduz yağışını müşahidə etmək nisbətən çətin olacaq. Lakin sinoptiklərin qeyd etdiyi kimi, havaların yaxşı keçməsi ulduz yağışı həvəskarlarının karına çatdı.
Birləşmiş Krallığın Populyar Astronomiya Cəmiyyətinin vitse-prezidenti Robin Scagell-in sözlərinə görə, meteor yağışının intensivlik piki avqustun 12-ə təsadüf edib. Bununla belə, bu astronomik hadisəni avqustun 20-dək müşahidə etmək mümkün olacaq.
Onun təbirincə, meteoritlər, şəhər ərazisindən uzaq olan nöqtələrdən daha yaxşı görünür.