Səudiyyənin nəhəng turizm layihəsi: 50 ada lüks tətil məskəninə çevriləcək

Şəklin mənbəyi, Getty Images
Səudiyyə Ərəbistanı tarixində ən böyük turizm layihəsinin həyata keçirilməsinə start verilib.
İqtisadiyyatın diversifikasiyası çərçivəsində hazırlanan bu layihə, Qırmızı dəniz sahilini və irili-xırdalı 50 adanı əhatə edir.
Turizm layihəsi neft qiymətlərinin enməsi şəraitində vəliəhd şahzadə Məhəmməd ibn Salman-ın ölkə iqtisadiyyatının diversifikasiyası təşəbbüsü çərçivəsində göstərdiyi səylərinin tərkib hissəsidir.

Şəklin mənbəyi, EPA
Layihə əsas olaraq xarici turistləri cəlb etməkdən daha çox Səudiyyə Ərəbistanı vətəndaşlarının başqa ölkələrdə tətil etmək əvəzinə pullarını ölkə daxilində xərcləmələrini məqsəd qoyur.
Bu məqsədlə, indiyə qədər davamlı mühafizəkar ənənələrinə söykənən Səudiyyənin ictimai həyat tərzinin əyləncə və bu kimi digər fəallıq növləri ilə zənginləşdirilməsi planlaşdırılır.
Layihəinin ilk mərhələsinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.

