Avstraliyalının ayağındakı baş barmağı əlinə nəql edilib

Şəklin mənbəyi, South Eastern Sydney Local Health District
20 yaşlı ferma işçisi Zach Mitchell-ə vəhşiləşmiş öküz ziyan yetirib. Cərrahlar onun sağ əlindəki baş barmağını xilas edə bilmədiklərinə görə, ayağındakı baş barmaqdan istifadə ediblər.
Mitchell bu ilin aprel ayında öküz onun əlini hasara güclə sıxarkən zədə alıb. Mitchel baş verən hadisədən sonra həmkarlarının onun barmağını necə xilas etməsini gördüyün söyləyib.
"Onlar barmağımı buzun içinə atdılar ", - deyə gənc avstraliyalı BBC-yə müsahibəsində bildirib. Onu vertolyotla ştatın paytaxtı Perth-ə aparıblar.
Mitchell 3 ay ərzində 2 dəfə uğursuz əməliyyat keçirib. Həkimlər onun qopmuş barmağını bərpa etmək cəhdləri uğursuzluqla nəticələnib.
Çətin seçim
Lakin sonradan həkimlər vəziyyətdən qeyri-adi çıxış yolu tapıblar.
Onlar gəncin ayağındakı baş barmağın ələ nəql edilməsi nəticəsində itirdiyi funksiyanın geri qayıdacağına inandırıblar.
Əvvəllcə etiraz edən Mitchell uzun müddət düşündükdən sonra razılıq verib.
İki həftə əvvəl Sidney göz xəstəxanasında 8 saat davam edən nadir əməliyyatlardan biri baş tutub.

Şəklin mənbəyi, South Eastern Sydney Local Health District
İndi Mitchell-i 12 aylıq reabilitasiya gözləyir, lakin o, tezliklə işinə geri qayıtmaq istəyir.
Göz xəstəxanasında xüsusilə qeyd ediblər ki, bütöv baş barmağın nəql edilməsi hazırkı vəziyyətdə son dərəcə qeyri-standart təcrübədir.
Lakin onun fraqmaentlərinin nəql edilməsi artıq gündəlik plastik cərrahiyyəyə daxil olub.
"Bəziləri düşünürlər ki, ayaq barmağının nəql edilməsi yerişə və dik durmağa ziyan vura bilər. Amma bu belə deyil ", - deyə xəstəxananən baş plastik cərrahl Sean Nicklin bildirib.
Zach-ın anası Karen Mitchell oğlunun tez sağalmasından çox məmnundur: "Əməliyyatdan iki həftə keçib, amma o artıq əvvəlki kimi gəzir ".





