Argentinada “əsrin toyu”: Lionel Messi-nin nikah mərasimi şəkillərdə

Argentinalı futbolçu Lionel Messi uşaqlıqdan tanış olduğu Antonela Roccuzzo ilə evlənib.

"Əsrin toyu" adlandırılan mərasim futbolçunun doğma Rosario şəhərindəki dəbdəbəli hoteldə keçirilib.

260 dəvətli arasında incənət və idman ulduzları, məşhur şəxslər olub.

Qonaqlar arasında Luis Suárez, Neymar, Gerard Piqué və onun xanımı, kolumbiyalı pop ulduz Shakira nəzərə çarpıb.

Tədbirdə təhlükəsizlik yüzlərlə polis tərəfindən təmin edilib.

30 yaşlı Messi, və 29 yaşlı Roccuzzo futbolçunun 13 yaşında ikən, İspaniyaya köçməsindən əvvəl tanış olublar.

Argentinanın Clarín qəzeti mərasimi "ilin toyu" və "əsrin toyu" kimi səciyyələndirib.