You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Tanrı Dağlarını aşan Duku: "Çinin ən gözəl yolu"
Çinin Sincan Uyğur Muxtar Rayonuna gələn turist Duku yolunun fotoşəkillərini çəkir.
Maydağ bölgəsindən Ağsu əyalətinin Quçar rayonuna qədər 561 kilometr ərazi boyunca uzanan Duku yolu, Tanrı Dağlarını aşaraq Sincanın şimal və cənub hissələrini bir-birinə bağlayır.
Yol, çox sayda fərqli xalqların yaşadığı ərazilərdən keçir.
Bənzərsiz coğrafi bölgələrdən keçən Duku, "Çinin ən gözəl yolu" adını qazanıb.
Sərt iqlimə malik, yüksək dağlıq bölgədən keçən Duku yolu ilin yalnız 3 ayı ərzində açıq olur.
Fotoqraf Wang He, yolun qeyri-adi mənzələrini çəkir.
Duku yolunu istifadə edənlər yalnız insanlar deyil...
Hui azlığından olan bir qrup insan çadırlar qurub.
Yol kənarandakı restoranlarda da ənənəvi Hui mətbəxindən yeməklərə rast gəlmək olar.
Duku yolunun çətin relyefi sınağa həvəsli velosipedçiləri cəlb edir.
Yola at və motosikletlərlə çıxanlar da var.
Fotoşəkillər: Wang He