Çində torpaq sürüşməsi: ən azı 120 nəfər itkin düşüb

Sıçuan

Şəklin mənbəyi, Reuters

Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 120-dən çox adamın dağıntılar altında qaldığı güman edilir, dövlət mediası bildirir.

Maosian rayonundakı kəndlərdən birində 40-dək ev tamamilə məhv olunub.

Hadisə səhərin erkən saatlarında baş verib.

Xilasetmə qrupları torpaq altında qalanları axtarır.

AFP agentliyi 5 nəfərin xilas edildiyini bildirib.

Onlardan biri uşaqdır.

Fəlakət bölgəsi

Şəklin mənbəyi, Reuters

Buldozer

Şəklin mənbəyi, EPA

Hakimiyyət bildirir ki, torpaq sürüşməsinə səbəb aramsız yağışlar olub.

"Burada bir neçə ton süxur kütləsi var, - polis kapitanı Chen Tiebo yerli CCTV kanalına bildirib. - Bura seysmik fəal bölgədir".

Şənbə günü təbii fəlakət zonasına aparan yollar yalnız fövqəladə xidmətlər tərəfindən istifadə olunur.

Əraziyə ağır texnika cəlb edilib.

Sıcuan