You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
London: 7 ölümlə nəticələnən hücumdan sonra 12 nəfər həbs edilib
48 nəfərin yaralanması və 7 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra polis şərqi Londonda 12 nəfəri həbs edib.
Londondun Barking rayonundakı həbslər hücum edənlərdən birinin mənzilinə reyddən sonra həyata keçirilib. Bundan sonra əraziyə yaxın East Ham rayonunda çox sayda silahlı polis müşahidə olunub.
Hücumu pisləyən Baş naziri Theresa May "artıq yetər deməyin vaxtıdır" bəyanatını verib.
Şənbə günü yerli vaxtla 22:00-da ağ avtofurqon London Bridge rayonunda piyadaları vurduqdan sonra, avtomobildən 3 nəfər enərək yaxınlıqda yerləşən Borough Market-də (Borough bazarı) insanları bıçaqlamağa başlayıb.
Saxta partlayıcı jilet geyinmiş 3 hücum edən polis tərəfindən güllələnərək öldürülüb.
Xanım May Britaniyanın terrorla mübarizə strategiyasının bir daha nəzərdən keçiriləcəyini bildirib.
Siyasi partiyaların əksəriyyəti seçki kampaniyalarını müvəqqəti olaraq dondurublar.
Lakin Theresa May iyunun 8-nə təyin edilmiş seçkinin planlaşdırılığı kimi keçiriləcəyini və seçki kampaniyalarının bazar ertəsi günü bərpa ediləcəyini deyib.
Xəstəxanalara aparılan 48 yaralılardan 21-nin vəziyyətinin kritik olduğu deyilir.
Hücumun şahidləri London Bridge körpüsü ilə sürətlə hərəkət edən ağ rəngli avtofurqonun piyada gəzən insanları vurduqdan sonra Barrowboy and Banker adlı pabın yanında dayandığını deyiblər.
Hadisənin şahidi və BBC müxbiri Holly Jones avtomobilin "yəgin ki, saatda 50 mil (80 kilometr) sürətlə hərəkət" etdiyini və "5-6 nəfəri" vurğunu deyib.
Avtomobildən enən 3 kişi yaxınlıqda yerləşən və çox sayda restoran və barlarlın olduğu Borough bazarında olan insanlara hücum edib.
Gerard adlı şahid bir qadının 10-15 dəfə bıçaqlandığını gördüyünü və hücum edənin "bu, Allah üçündür" qışqırdığını eşitdiyini deyib.
Başqa şahid, Eric, kişilərin avtomobilin az qala vurduğu insanlara tərəf qaçdığını deyib.
"Mən düşündüm ki, bəlkə onlar narahatdırlar və onlara kömək etmək istəyirlər", Eric deyib.
"[O zaman] onlar insanlara yumuruq və təpik vurmağa başladılar və sonra bıçaqlarını çıxartdılar...", o, əlavə edib.
Hücumdan sonra Baş nazir Theresa May hökumətin Cobra adlı fövqəladə hallar komitəsinin iclasına sədrlik edib.
Şəhərin meri Sadiq Khan terror aktını "günahsız londonlulara qarşı qəsdlə törədilən xain hücum" adlandırıb.
Bu son üç ay ərzində Britaniyada baş vermiş 3-cü terror aktıdır. Bundan əvvəl mart ayında Westminster-də avtomobil və bıçaq hücumu 5 nəfərin ölümü ilə nəticələnib və iki həftə əvvəl Manchester şəhərində baş vermiş intiharçı bomba hücumunda 22 nəfər həyatını itirib.
Londonun Metropolitan Polis xidmətinin komissar müavini Mark Rowley hücumu yalnız 3 nəfərin törətdiyini və onların əyinlərində geyindikləri partlayıcı jiletlərinin "saxta" olduqlarını deyib.