You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Kabul partlayışı: Polis atəşilə etirazçılar öldürülüb
Ölümcül bomba hücumu ilə bağlı hökumətin istefasına çağıran aksiya iştirakçılarına polisin atəş açması nəticəsində ən azı 5 nəfər həlak olub.
Çərşənbə günü hücumun baş verdiyi yaxın ərazi yaxınlığında toplaşanlar hökumət və Taliban hərəkatı əleyhinə şüarlar səsləndiriblər.
Xüsusi təyinatlı polis etirazçıları yaxınlıqdakı prezident sarayından kənarda saxalamaq üçün su şırnağından istifadə edib.
Çərşənbə günü Kabulda baş verən partlayış nəticəsində 90 adam həlak olub.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.