You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Kabulda partlayış: azı 80 ölü, 350 yaralı
Əfqanıstanın paytaxtı Kabulda güclü partlayış nəticəsində azı 80 nəfər ölüb, 350 nəfərdən çox yaralı var.
Polisin məlumatlarına əsasən, hadisə şəhərin mərkəzi hissəsində xarici səfirliklərin və prezident sarayının yaxınlığında baş verib.
"Partlayıcı qurğu ilə yüklənmiş avtomobil Almaniya səfirliyinin yaxınlığında olub, amma hücumun hədəfinin hansı müəssisəsisə olduğunu demək çətindir", polisin sözçüsü Bəşir Mücahid Reuters agentliyinə deyib.
Partlayış elə güclü olub ki, bir neçə yüz metr məsafədə olan evlər zərər görüb.
Sosial şəbəkələrdə paylaşılan fotolarda şəhər üzərində böyük tüstü buludu görünür.
Şəhərin mərkəzi meydanı polis tərəfindən mühasirəyə alınıb, BBC müxbiri xəbər verir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib, amma son zamanlarda buradakı hücumları ya Taliban, ya da özünü İslam Dövləti (İD) adlandıran qruplaşma edib.