Şimali Koreya növbəti "uğurlu" raket sınağı keçirib

North Korean leader Kim Jong-un watches the test of a new-type anti-aircraft guided weapon system organised by the Academy of National Defence Science in this undated photo released by North Korea's Korean Central News Agency (KCNA) 28 May 2017.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Müşahidəçilərin fikrincə, bu sınaqlar Şimali Koreyanın nüvə başlığı daşıya bilən raket istehsalını təkmilləşdirməyə doğru irəlilədiyini göstərir.

Şimali Koreyanın son həftələrdə atdığı yaxın məsafəli ballistik raketlərdən üçüncüsü "uğurlu" olub.

Skad Yapon sularına enişdən əvvəl 450km uçub. Raket Yaponiyanı etiraz etməyə vadar edib.

Müşahidəçilərin fikrincə, bu sınaqlar Şimali Koreyanın nüvə başlığı daşıya bilən raket istehsalını təkmilləşdirməyə doğru irəlilədiyini göstərir.

This undated picture released from North Korea's official Korean Central News Agency (KCNA) on 28 May 2017 shows North Korean leader Kim Jong-un (in white shirt) watching the test of a new anti-aircraft guided weapon system organized by the Academy of National Defence Science at an undisclosed location.

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Məlumata görə, Kim Jong-un raket sınağını izləyib

ABŞ Sakit Okean Komandanlığının bildirilib ki, raket Şimali Koreyada Wonsan-dan buraxılıb və o, enişdən əvvəl təxminən altı dəqiqə uçub.

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoshihide Suga jurnalistlərə bildirib ki, raket Yaponiyanın Sado və Oki adalarının arasındakısahədə enib.

Visitors walk past replicas of North Korean Scud-B missile (C back) and South Korean Hawk surface-to-air missiles (L front) at the Korean War Memorial in Seoul on September 5, 2016.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Şimali Koreyada Sovet İttifaqı zamanında hazırlanmış kiçik məsafəli Skad raketlərinin böyük ehtiyatları var.

Şimali Koreyada Sovet İttifaqı zamanında hazırlanmış kiçik məsafəli Skad raketlərinin böyük ehtiyatları var. Skad raketlərinin təkmilləşdirilmiş versiyası 1,000 km spektrdə uça bilir.

Əvvəlki iki sınaq uzaqmənzilli raketlərə aid idi və Şimali Koreya onların "uğurlu" olduğunu iddia edib.

Şimali Koreya deyir ki, bu sınaqlar ABŞ təcavüzünə müqavimət göstərmək üçündür.