Belindəki çantada narkotik daşıyan göyərçin

Göyərçin

Şəklin mənbəyi, Al-Rai

Şəklin alt yazısı, Narkotik həblərin ketamin dərmanının bir növü olduğu deyilir.

Küveytdə gömrük işçiləri göyərçinin belinə bağlanan xırda çantanın içindən narkotik həblər aşkar ediblər, yerli əl-Ray qəzeti bildirir.

Quşun İraqla sərhəd yaxınlığında yerləşən Abdali şəhərinin gömrük binasının yanında tutulduğu deyilir.

Əl-Ray jurnalisti həblərin şənliklərdə qanunsuz istifadə edilən ketamin dərmanının bir növü olduğunu deyib.

Abdullah Fahmi BBC-ə deyib ki, narkotiklərin ötürülməsində göyərçinlərdən istifadə edildiyi əvvəl də məlum idi.

Lakin bu narkotiki daşıyarkən tutulan ilk quşdur.

Göyərçin

Şəklin mənbəyi, Al-Rai

Şəklin alt yazısı, Gömrük işçiləri göyərçini tutmaqdan əvvəl onu güdüblər.

Bu göyərçinlərin narkotik daşınması üşün istifadə edilməsnin ilk nümünəsi deyil.

2015-ci ildə Kosta-Rikadakı həbsxana işçisi çantasında kokain və marixuana daşıyan göyərçini tutub.

2011-ci ildə isə Kolumbiya polisi narkotik yükün ağır olduğu üçün həbsxana divarı üzərindən uça bilməyən daha bir göyərçini tutublar.